Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Mövsümlük abunə kartları daha ucuz qiymətlərlə

Yaxın zamanlarda “Xəzər Lənkəran” Futbol Klubunun 2012/2013 mövsümü üçün yeni abunə kartları satışa çıxarılacaq. Azarkeşlərimizə olan xoş xəbər isə ondan ibarətdir ki, keçən illərə nisbətən bu kartların qiyməti xeyli endirilib. Belə ki, 35 AZN dəyərində olan Standart kart artıq 30 manata, 150 AZN dəyərində olan Gümüş kart – 100 manata, 300 AZN dəyərində olan Qızıl kart isə 200 manata qədər endirilib.
 
2009-cu ildə mövsümlük abunə kartlarının tətbiqi ilə "Xəzər Lənkəran" Futbol Klubu o zaman ölkə futbolu adına daha bir ilkə imza atmışdır. Azarkeş dəstəyi sarıdan liderliyi son mövsümlərdə heç kimə verməyən "Xəzər Lənkəran"ın bu addımı tərəfdarlarının rahatlığını təmin edilməsinə, eyni zamanda marketinq və kommersiya baxımından vacib sayılan sabit gəlirə sahib olmasına hesablanmışdı. Abunə kartlarının qiymətlərinin endirilməsilə klubumuz onun sədaqətli azarkeşləri üçün daha əlverişli şərait yaradır.
 
Standart, Gümüş və Qızıl kartların özəlliklərini bir daha xatırladırıq:
 
Standart kart - 30 AZN
- stadiona VİP girişdən daxil olmaq
- 2012/13 mövümü üçün tribunalarda klub tərəfindən müəyyən edilmiş oturacaqlardan istifadə etmək.
 
Gümüş kart - 100 AZN
- stadiona VİP-girişdən daxil olmaq
- 2012/13 mövümü üçün VİP-B tribunasında oturacaq
- fan-şopda endirim
 
Qızıl kart - 200 AZN
- stadionun ərazisində avtomobil dayanacağından istifadə etmək
- stadiona VİP-girişdən daxil olmaq
- 2012/13 mövsümü üçün VİP-A tribunasında oturacaq
- klubun rəsmi tədbirlərində iştirak etmək
 
 
 
 
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.