Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Mübariz Mənsimov: ”Azərbaycan futbolunun flaqmanı ”Xəzər Lənkəran”dır”

“Xəzər Lənkəran” Futbol Klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun Azərbaycan KİV nümayəndələrinə müsahibəsi
 
- Öncə Vətənə budəfəki səfərinizin məqsədi ilə maraqlanmaq istərdik.
 
Gəldim ailəmi görüm - anamı, atamı. Qızlarımı da gətirdim ki, Vətənlərini görsünlər. Gördülər, indi də geri qayıdırıq.
 
- Bugünlərdə Azərbaycan futbol tarixində görünməmiş hadisə baş verdi: “Xəzər Lənkəran” Futbol Klubunun aktivindən 6 xal silindi. Bununla bağlı fikrinizi bilmək maraqlı olardı.
 
FİFA həmişə və hər şeydən öncə futbolçuların hüquqlarını qoruyur. Komanda nə qədər doğru olub-olmadığını müəyyən etmədən, FİFA bütün dünya üzrə ilk növbədə futbolçuların haqlarını qorumaq prinsipi ilə işləyir. Bu halda da “Xəzər Lənkəran” Futbol Klubunun Braziliyadan alınmış futbolçu ilə anlaşmanın peşəkar olmadığı ortadadır. Çünki bir futbolçu, əgər hələ 2009-cu ildə komandasını buraxıb gedirsə, sonra da klubu məhkəməyə verirsə, məhkəmə də iddiasını təmin edirsə, burada futbolçuda günah axtarmaq lazım deyil. Pulla cəzalandıra bilərdilər, artıq cəzalandırdılar da, pullarını aldılar, amma futbolçunun istəyi ilə 6 xalın silinməsi nə dərəcədə düzgündür? O futbolçunun Azərbaycana giriş və çıxış tarixi var, əgər Premyer Liqada misal üçün, 30 görüş oynamalıdırsa, cəmi 20 matçda çıxış edib, bundan sonra da oynamadığı qarşılaşmaların pullarını da bizdən tələb edirsə, bunu FİFA da, AFFA da, - “Xəzər Lənkəran” Futbol Klubu kimi isbat etməli idilər. Bu bizim hüquq tərəfimizin, ümumiyyətlə, Azərbaycanda hələ də peşəkar futbol olmamağını təsdiq edir. Dünyanın heç bir yerində futbolçunun pulunu ödəmədiyinə görə klubdan xal silinməyib. Belə şey yoxdur, ola da bilməz. Futbolçu haqlı tərəf hesab oluna bilər, yəni klubdan müəyyən qədər pul tələb oluna bilər, bu, normaldı. Bəs xallar niyə silinsin? Özü də çempionluğa oynayan bir komandanın.
 
- Deməli, FİFA-nın qərarını ədalətsiz hesab edirsiz?
 
Mən FİFA-nın qərarını tamamilə birtərəfli hesab edirəm. İnşallah, onu da hər kəs görəcək. “Xəzər Lənkəran” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib, orada da “Xəzər Lənkəran”ın xeyrinə çıxarılan qərarı hər kəs görəcək.
 
- FİFA-nın bu qərarından sonra mətbuatda da, “Xəzər Lənkəran”ın tərəfdarları arasında da qərarın araşdırılmasına ehtiyac olunduğu bildirilir.
 
Etiraf edək ki, Azərbaycanda ən böyük tərəfdar kütləsi “Xəzər Lənkəran”lılardı. Qəbul etsəniz də, etməsəniz də, “Xəzər Lənkəran”ın hər yerdə, Azərbaycanın bütün bölgələrində və hətta ölkənin hüdudları kənarında da tərəfdarları var. Dünənəcən hamı digər klubu Azərbaycan futbolunun flaqmanı hesab edirdi, bu gün isə Azərbaycan futbolunun flaqmanı “Xəzər Lənkəran”dır. Kimlərsə bunu qəbul etməyi istəməsələr belə, bu, belədi. Çünki “Xəzər Lənkəran” Azərbaycan futbolunun təkanverici qüvvəsidir. Çempionatda “Xəzər Lənkəran” 11 digər komandalarla oynayır və Premyer Liqanı yaşadan da məhz “Xəzər Lənkəran”dır: istər tərəfdarlarına görə, istər infrastrukturuna görə, istərsə də peşəkarlığına görə. Bu, bir gerçəkdir.
 
- Mətbuatda Sizin “Beşiktaş” klubunu almaq barədə xəbərlər yayılmışdı...
 
Bu, tamamilə yanlış məlumatdı. Mən “Beşiktaş” tərəfdarıyam, sponsorlarından biriyəm. “Beşiktaş”ı çox sevirəm. Bilirəm, bəzi ağzıboşlar qəzetlərində yazırlar ki, Mübariz Mənsimov “Beşiktaş”ın başqanı olmaq istəyir. Mübariz heç bir klubun başqanı olmaq istəmir. Mənim başqan olduğum bir yer var, o da “Palmali” Şirkətlər Qrupudu. Ömrümün son anına qədər də məhz bu şirkətin başqanlığını həyata keçirmək istəyirəm, başqa heç nə mənə lazım deyil. Yəni, bunlar hamısı yalan söhbətlərdi. “Beşiktaş”lıyam, “Beşiktaş” klubunu çox sevirəm, “Beşiktaş”a hər zaman dəstək olacam. Ancaq “Beşiktaş”ı almağımla bağlı xəbərlər yalandı. “Beşiktaş” satılan klub deyil.
 
- “Xəzər Lənkəran” mövsüm ərzində 3 dəfə baş məşqçi dəyişdi ki, bu da komandanın çıxışına müəyyən mənada təsir göstərdi. Tez-tez məşqçi dəyişikliyinə münasibətiniz necədir?
 
Baş məşqçi dəyişikliyi 3 də ola bilər, 15 də. “Xəzər Lənkəran”ın digər klublardan bir fərqi var: burada demokratik sistem işləyir. Mən təkcə “Xəzər Lənkəran”ın fəxri-prezidenti yox, ilk növbədə sahibiyəm. Bu klubun yaradılmasında da məqsəd Azərbaycana, Azərbaycanın dövlət başçısının siyasətinə, bu ölkənin idmanının inkişafına dəstək verməkdir. Başqa bir şey yoxdur. Bu, Azərbaycanda, xüsusilə, ölkənin cənub bölgəsində yaşayan gənclərin dinamik, sağlam və layiqli həyat yaşaması üçün yaradılan klubdur.
 
- “Xəzər Lənkəran” FİFA-nın qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edib. Siz bu qurumdan hansı qərar gözləyirsiniz?
 
Məhkəmənin ən yaxşısı müraciət etmədiyin məhkəmədir. “Xəzər Lənkəran”a qarşı böyük ədalətsizlik etdilər. “Xəzər Lənkəran” Azərbaycanın 3-4 komandasından biridir ki, həmişə çempionluğa oynayıb və stimulu, tərəfdarı olan komandadır. Yarandığı qısa vaxtdan bəri “Xəzər Lənkəran”ın bütün qazandığı titullar göz qabağındadır. Bu önəmli məqamdır.
 
- FİFA-nın məlum qərarından sonra “Xəzər Lənkəran” çempionluq şansını itirdi. Üstəlik, indiki vəziyyətdə komanda avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üzləşib...
 
Henri Fordun gözəl sözü var: hər çətinliyə düşənin, düşdüm deyə düşünməməsi lazımdır. Hər çətinliyə düşən daha çox güclənir, daha da möhkəmlənib irəli baxmalıdır. Bir günlük uğursuzluqla ömür boyu qazana biləcək uğurları silməmək lazımdır. “Xəzər Lənkəran” 2012-ci ildə çempion olacaq, yaxud Avrokuboklara gedəcək” – bu mentalitetlə yaradılmış klub deyil. “Xəzər Lənkəran” uzun müddət Azərbaycan idmanına, cənub bölgəsinə xidmət edəcək, o bölgəni təmsil edəcək, o bölgənin gənclərinə idmanı sevdirəcək – bax, bu mentalitetlə yaradılan klubdur.
 
- Növbəti mövsüm üçün planlarınızda supertransfer etmək varmı?
 
“Xəzər Lənkəran” büdcəsinə görə daha çox pul xərcləyir. Super və ya super olmayan bir şey yoxdur. Kim yaxşı futbol oynayırsa, onu “Xəzər Lənkəran” gətirəcək. Azərbaycan futbolunda yeganə yarışacağı bir klub var, o da elə özüdür. Yəni, “Xəzər Lənkəran” özü özü ilə yarışıcaq. Başqa rəqib görmürəm.
 
- Komandanız sabah (söhbət dünən olub-red) Lənkəranda “Neftçi” ilə oynayacaq. Bu qarşılaşmanı izləyəcəksinizmi?
 
Sizə açıq deyim ki, mən son zamanlar bu oyunları izləmirəm. İdmanı izləmək üçün ondan zövq almaq lazımdır. Haqsızlıq olan yerdə zövq alınmamalıdı. O zövq almamaqdan başqa önümüzdəki doğruluqları düşünməyə vaxt yoxdur. “Neftçi” ilə “Xəzər Lənkəran”ın oyuna gəlmişkən – “Neftçi” Azərbaycanın futbol tarixində mühüm yer tutur. Mənim atam “Neftçi” tərəfdarı idi, biz özümüz elə uşaqlıqda ancaq “Neftçi”ni bilirdik, başqa komanda yox idi. Ancaq bu gün sevinirəm ki, “Neftçi”yə rəqib yaratdıq, bunu biz yaratdıq. “Xəzər Lənkəran”la “Neftçi” oynayırsa, buna Azərbaycan xalqı, mediası önəm verir. Deməli, əməyimiz boşuna getməyib. Biz “Palmali” Şirkətlər Qrupu olaraq Azərbaycan futboluna kənardan gətirdiyimiz pulu xərcləyirik. Bunu heç kim unutmasın.
 
 
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.