Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

İdman Arbitraj Məhkəməsi ”Xəzər Lənkəran” FK-na məktub ünvanlayıb

Bu gün “Xəzər Lənkəran” Futbol Klubunun ünvanına İdman Arbitraj Məhkəməsindən məktub daxil olub.
 
Məktubda “Xəzər Lənkəran” FK-nun FİFA-nın İntizam Komitəsinin qərarına verdiyi apellyasiya şikayətinin icraata qəbul edildiyi tərəflərin nəzərinə çatdırılıb.
 
Qeyd edək ki, FİFA İntizam Komitəsi tərəfindən 30 mart 2012-ci il tarixdə çıxarılan qərara əsasən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından “Xəzər Lənkəran” FK-nun əsas komandasının hesabından 6 xalın silinməsi tələb edilmişdir. Buna səbəb klub tərəfindən futbolçu Romulo Silvano Silvanın hesabına FİFA Mübahisələrin Həlli Palatasının qərarına əsasən köçürülməli olan məbləğin faiz hissəsinin ödənilməməsi və futbolçunun vəkilinin kluba qarşı sanksiyaların tətbiq etməsini FİFA İK-ndən tələb etməsi oldu.
 
Öz növbəsində “Xəzər Lənkəran” Futbol Klubu FİFA İntizam Məcəlləsinin 64-cü maddəsinin 5-ci bəndini rəhbər tutaraq FİFA İntizam Komitəsinin adıçəkilən qərarı barədə İdman Arbitraj Məhkəməsinə rəsmi apellyasiya şikayəti ünvanlamışdır.
 
Apellyasiya şikayətində klub tərəfindən qərarın mübahisəli hesab edilməsi müvafiq faktlarla əsaslandırılmışdır. Xüsusilə futbolçu Romulo Silvanın qanuni təmsilçisi “Guerrero Sports Law” şirkətinin öz müştərisinin iradəsinə əks olaraq hərəkət etməsi vurğulanmış, həmçinin bu şirkətin baş verən texniki qüsur üzündən ödənilməyən nisbətən kiçik məbləğ haqqında kluba yox, birbaşa FİFA İK-nə müraciət etməsi və bu müraciətdə klub haqqında mənfi fikir yaratması qeyd olunmuşdur.
 
Məbləğin ödənilməməsinin texniki səhv ucbatından baş verdiyi də şikayətdə xüsusilə vurğulanıb. Belə ki, 11 yanvar 2012-ci il tarixdə FİFA İK tərəfindən kluba 30 gün müddətində vaxt verilib və 9 fevral 2012-ci il tarixdə klub tərəfindən futbolçuya ödənilməli olan məbləğ və FİFA İK-nə olan cərimələr ödənib. Lakin ödəniş zamanı texniki səhv ucbatından cərimə məbləğinin ödənilməsi həyata keçirilməmişdir. Bununla belə kluba bu barədə heç bir məktub daxil olmamışdır.
 
Bundan əlavə 12 mart 2012-ci ildə “Guerrero Sports Law” şirkətinin FİFA İntizam Komitəsinə ünvanlandığı məktubda klubdan xalların çıxılması bu şərtlə xahiş edilib: “xahiş olunur debitorun əsas komandasından 6 xal çıxılsın, o halda ki, ödənilməli olan məbləğ bu məktubun FİFA İntizam Komitəsi daxil olduğu gündən etibarən 3 həftə müddətində ödənilməsə”.
 
Lakin qeyd olunmalıdır ki, FİFA İntizam Komitəsi 30 mart 2012-ci ildə artıq adıçəkilən qərarı çıxardı, bu isə həmin məktubun FİFA İK-nə daxil olmasından maksimum 18 gün sonra deməkdir. Onu da bildirək ki, FİFA-nın çıxardığı qərarda tarix səhvi edilib və sənəddə ümumiyyətlə 31 oktyabr 2011-ci il tarixi göstərilib.
 
Həmçinin 30 mart 2012-ci ilə qədər “Xəzər Lənkəran” FK-na ödənilməyən məbləğin mövcudluğu haqqında “Guerrero Sports Law” şirkəti tərəfindən heç bir müraciət edilməmişdir. Belə ki, kluba yalnız 30 mart 2012-ci il tarixdə FİFA İK tərəfindən xalların çıxalması haqqında qərar və 12 mart tarixli yuxarıda qeyd olunan məktub ünvanlanmışdır ki, elə həmin gün ödənilməli olan bütün məbləğlər tam şəkildə futbolçunun hesabına köçürüldü. Qeyd edək ki, mövcud olan qaydalara əsasən prosedur zamanı tərəflər FİFA-ya məktub göndərdiyi zaman digər tərəfə və müvafiq futbol federasiyasına (hazırkı halda AFFA-ya) məktubun surətini ünvanlamalıdırlar ki, “Guerrero Sports Law” şirkəti bu normanı yerinə yetirməyib.
 
Bundan əlavə İdman Arbitraj Məhkəməsinin Məcəlləsinin 48-ci maddəsinə əsasən “Xəzər Lənkəran” FK FİFA İK-nin qərarının icrasının dayandırılmasını xahiş edib. Bununla bağlı İdman Arbitraj Məhkəməsi FİFA İntizam Komitəsindən 25 aprel 2012-ci il müddətinə qədər məsələyə  münasibətini bildirməyi xahiş edib.
 
Prosesin gedişatı barədə davamlı olaraq məlumat veriləcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.