Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Silinmiş xalların bərpası ilə bağlı təffərrüatlar

Artıq xəbər verdiyimiz kimi, FİFA İntizam Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Xəzər Lənkəran” Futbol Klubuna ünvanladığı məktubda bir müddət öncə klubumuzun hesabından altı xalın silinməsi barədə qurumun çıxardığı qərarın yanlış olduğunu bildirmiş və ölkə futbol federasiyasından silinmiş altı xalı bərpa etməyi tələb etmişdir.
 
Qeyd edək ki, FİFA tərəfindən bu məsələyə yenidən baxılması “Xəzər Lənkəran” FK-nun İdman Arbirtraj Məhkəməsinə verdiyi apellyasiya şikayətinin nəticəsi olaraq baş tutdu. Belə ki, klub tərəfindən 13 və 19 aprel tarixlərində İAM-nə göndərilən məktublarda borcun qalıq hissəsinin müəyyən olunmuş vaxt limiti çərçivəsində ödənildiyi göstərilmişdi. Bu barədə təfərrüatı ilə rəsmi saytımız vasitəsilə də məlumat vermişdik.
 
24 aprel 2012-ci il tarixdə İdman Arbitraj Məhkəməsindən “Xəzər Lənkəran”a gələn məktubda klubun apelyasiya şikayətinin faktlar və qoşma sənədlərlə birlikdə FİFA-ya göndərildiyi də bildirilmişdir.
 
Təəssüf ki, yayılan bəzi məlumatlarda FİFA-nın məsələyə yenidən baxması AFFA tərəfindən onlara müraciətin edilməsinin nəticəsi kimi qələmə verilir. Lakin bu məktubun mətnindən də görünür ki, 18 aprel 2012-ci il tarixdə AFFA FİFA-ya yalnız xalların çıxılmasının icra edilməsi ilə bağlı məlumat göndərib. FİFA isə məktubda buna cavab olaraq yeni faktların aşkar olunduğunu bildirir. Bir daha qeyd edirik ki, “Xəzər Lənkəran”ın silinmiş xallarının bərpası məhz klubun başda klub prezidenti olmaqla əməkdaşlarının səyləri sayəsində bu istiqamətdə aparılan tədbirlərinin nəticəsi olaraq mümkün oldu. Aidiyyatı qurumlar isə bu məsələnin müsbət həlli baxımından hər hansı bir uğurlu addım atmağa nail olmamışdılar.
 
Sizə FİFA tərəfindən göndərilən son məktubun orijinalını və onun azərbaycan dilinə tərcüməsini təqdim edirik:
 
 
 
Tərcümə:
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının
Baş Katibi
Elxan Məmmədova
 
Sürih, 25 aprel, 2012.
 
Ref.no. 110546 jra (xahiş edirik bütün yazışmalarda qeyd edin)
 
Oyunçu Romulo Silvano Silva / Klub “Xəzər Lənkəran” FK, Azərbaycan
 
Hörmətli cənab,
 
Biz mövcüd olan məsələ ilə və “Xəzər Lənkəran” FK-dan xalların silinməsinin icrası barədə məlumat aldığımız sizin 18 aprel 2012-ci il tarixli məktubunuzla bağlı sizə müraciət edirik.
 
Diqqətinizə çatdırırıq ki, bizə məlum olduğuna görə “Xəzər Lənkəran” FK tərəfindən oyunçu Romulo Silvano Silvaya ödənilməli olan qalıq məbləğ klub tərəfindən 30 mart 2012-ci il tarixdə ödənilib ki, bu da ödənişin kreditor tərəfindən 13 mart 2012-ci il tarixli məktubda qoyulmuş tarix çərçivəsində həyata keçirildiyi deməkdir. Orada tərəfimizdən məktubun qəbul edilməsindən 3 həftə sonra klubdan xalların çıxılması tələb edilmişdir. Bununla da, xalların silinməsi barədə etdiyimiz sorğunun səhvən və kreditor tərəfindən qoyulmuş müddətdən əvvəl edildiyini bildiririk.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından xalların silinməsi barədə etdiyimiz sorğunun icrasının ləğv edilməsini və “Xəzər Lənkəran” FK-nun silinmiş altı xalını dərhal bərpa etməsini tələb edirik.
 
Bundan əlavə qeyd edirik ki, bu məktubun surəti İdman Arbitraj Məhkəməsinə CAS/2012/A/2774 saylı işlə əlaqədar göndəriləcək.
 
Sonda bütün məbləğin kreditorun təyin etdiyi müddət çərçivəsində sonuncuya ödənilməsini nəzərə alaraq, sizə məlumat veririk ki, bu məsələ üzrə iş tərəfimizdən yekunlaşdırılır. Üzv klubunuz olan “Xəzər Lənkəran” FK-nu məlumatlandırdığınıza və göstərdiyiniz əməkdaşlığa görə sizə təşəkkür edirik.
 
Diqqətinizə görə təşəkkür edirik və yaradılan hər hansı bir narahatçılığa görə təəssüf etdiyimizi bildiririk.
 
Hörmətlə,
FİFA
 
Xose Rodriqez
İntizam Komitəsinin Katib Müavinin
 
Nüsxəsi: “Xəzər Lənkəran” FK-na
 
 
Həmçinin bu məktubdan öncə İdman Arbitraj Məhkəməsi tərəfindən nüsxəsi "Xəzər Lənkəran" FK-na göndərilən məktubu da diqqətinizə çatdırırıq. Bu məktubda "Xəzər Lənkəran" FK-nun apellyasiya şikayətinin FİFA-ya göndərilməsi qeyd edilib.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.