Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Komandamızın kollektivi uşaq evini ziyarət edib

Bu gün “Xəzər Lənkəran” Futbol Klubunun kollektivi klub prezidenti Mais Mənsimovun təşəbbüsü ilə Lənkəran şəhərində yerləşən Osman Mirzəyev adına Qarışıq tipli internat məktəbini ziyarət edib. Klubun yarandığı zamandan mövcud olan ənənəyə sadiq qalaraq, komanda üzvləri Novruz bayramı öncəsi uşaqlarla görüşərək onlara bayram hədiyyəsi edib.
 
Komanda üzvləri ilə yanaşı “Xəzər Lənkəran”ın FK-nun vitse-prezidenti Tuyqun Nadirov və klubun direktoru Höccət Hacıyev də tədbirdə iştirak etdilər. Futbolçularımız uşaqlara klubun müxtəlif atributikasından ibarət hədiyyələr verdilər. Uşaqlar isə bunun qarşılığında hazırladıqları konsert proqramı ilə çıxış etdilər. Maraqlı proqramda uşaqlarla yanaşı oyunçuların da iştira etməsi xüsusilə yaddaqalan oldu.
 
İnternat məktəbinin rəhbərliyi “Xəzər Lənkəran” FK-na bu ziyarətə görə təşəkkürünü bildirdi və komandamızın gəlişinin burada hər zaman sevinclə qarşılandığını klub rəsmilərinin nəzərinə çatdırdı. Öz növbəsində klub rəhbərliyi bu cür tədbirlərin “Xəzər Lənkəran”ın xoş ənənələrindən olduğunu bildirməklə, bundan sonra da belə ziyarətlərin ediləcəyinə zəmanət verdi. Həmçinin klub rəhbərliyi uşaq evinin sakinlərinin “Xəzər Lənkəran”ın oyunlarına gəlib sevimli komandalarını dəstəkləməsi üçün bütün şəraitin yaradılacağına söz verdi.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.