Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Klub rəhbərliyi və komanda üzvləri arasında görüş keçirilib

Bu gün “Palmalife Lenkeran Resort” otelində “Xəzər Lənkəran” Futbol Klubunun rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə şam yeməyi baş tutmuşdur.
 
Görüşdə istirak edən və bu görüşün təşəbbüskarı olan klubun prezidenti cənab Mais Mənsimov hər zaman olduğu kimi, indi də klub rəhbərliyi tərəfindən komandaya tam olaraq bütün lazımi dəstəyin olduğunu bildirdi. Son oyunlarda göstərilən nəticələr gözləntiləri əks etdirməsə də, “Xəzər Lənkəran” prezidenti qarşıdakı görüşlərdə komandanın oyununda müsbət dəyişikliklərin olacağına inamını futbolçu və məşqçi heyətinin nəzərinə çatdırdı. Cənab Mənsimov klub daxilində olan ümumi yüksək ab-havanı müsbət dəyərləndirdiyini və bunun komandanın yaxşı oyun sərgiləməsi üçün çox vacib amil hesab etdiyini vurğuladı.
 
Komandanın üzvləri də öz növbələrində rəhbərlik tərəfindən bütün hallarda nümayiş etdirilən dəstək və inama görə klub prezidenti Mais Mənsimova təşəkkürlərini bildirdilər. Futbolçu heyəti və məşqçilər korpusu komandanın oyununa görə üzərlərinə düşən məsuliyyəti anladığıqlarını bildirdi. Komanda üzvləri nəticələrin müsbət istiqamətdə dəyişməsi üçün tam güclə çalışmağa davam edəcəklərini klub prezidentinə söz verdilər.
 
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.