Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Klubumuzun prezidentinin ad gününü təbrik edirik!

Bu gün "Palmali" şirkətlər qrupunun vitse-prezidenti, “Xəzər Lənkəran” Futbol Klubunun prezidenti Mais Mənsimov ad gününü qeyd edir. Klubumuzun rəhbərinin 39 yaşı tamam olur.
 
Klubumuz tərəfindən qısa müddətdə əldə etdiyi yüksək nailiyyətlər ilk növbədə məhz Mais müəllimin rəhbər postda gördüyü geniş fəaliyyətin əməli nəticəsidir. “Xəzər Lənkəran” Mərkəzi Stadionunun inşası, Lənkəran şəhərində Azərbaycanda ilk futbol bazasının istifadəyə verilməsi, bütövlükdə cənub zonasında uşaq futbolunun inkişafına təkan vermiş “Xəzər Lənkəran” akademiyasının yaradılması, “Xəzər Lənkəran”ın reklam, media və marketinq sahəsində ölkə futboluna gətirdiyi çoxlu sayda müsbət yeniliklər – bunların hamısı cənab Mənsimovun bilavasitə rəhbərliyi altında həyata keçirilən layihələrdir.
 
“Xəzər Lənkəran” FK-nun kollektivi Mais müəllimin rəhbərliyi altında işləməkdən qürur hissi duyur və klub prezidentini ad günü münasibətilə təbrik edərək, ona uzun ömür, can sağlığı, klubumuzun rifahı üçün həyata keçirdiyi fəaliyyətdə uğurlar arzu edir!
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.