Roberto Alviz ”Xəzər Lənkəran”ın sıralarına keçdi

“Xəzər Lənkəran” Futbol Klubu daha bir futbolçunun keçidini rəsmiləşdirdi. Xorvatiyalı yarımmüdafiəçi Roberto Alviz bu gün klubla 2 illik müqavilə imzaladı. 27 yaşlı futbolçu buna qədər ölkəsinin “Sibenik” və “Medjimurye”, Avstriyanın “Holeneq” və “Liezen”, həmçinin Albaniyanın “Flamurtari” və “Kastrioti” klublarında çıxış edib.
 
Alvizin son iş yeri isə Kipr çempionatında mübarizə aparan “Anagennisi Deriniya” klubu olub. Hazırkı mövsümün ilk yarısını o klubun heyətində keçirən futbolçu 16 oyunda meydana çıxıb və 3 dəfə fərqlənməyi bacarıb.
 
Həmçinin ötən həftə kluba keçidi razılışdırılan müdafiəçi Radomir Todorov da “Xəzər Lənkəran”la 2 il müddətinə müqaviləyə imza atdı.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.