Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Rendal Brenes ”Xəzər Lənkəran”da

“Xəzər Lənkəran” Futbol Klubu bu gün Kosta-Rika millisinin hücumçusu Rendel Brenesin komandamıza transfer məsələsini həll etdi. Futbolçu klubumuzla 2 il müddətini əhatə edən müqavilə imzaladı.
 
28 yaşlı Rendel Moya Brenes karyerası boyu doğma ölkəsində və həmçinin Norveç çempionatında çıxış edib. Hücumçu 2005-2008-ci illərdə Skandinaviya ölkəsinin “Bodo Qlimt”, 2008-2009-cu illərdə “Konqsvinger” klublarının şərəfini qoruyub.
 
2010-cu ildən etibarən isə oyunçu ölkəsinin “Kartagines” klubunda top qovub. Klubumuza məhz “Kartagines”dən keçən Rendel cari mövsümdə 21 oyuna çıxmaqla 14 dəfə fərqlənməyi bacarıb.
 
Brenes həmçinin ötən il mütəmadi olaraq Kosta-Rika milli komandasının sıralarına da çağırılıb. Belə ki, futbolçu 2011-ci il ərzində CONCACAF Kubokunda 2 oyun, Mərkəzi Amerika Kubokunda 4 oyun və Copa America turnirində 2 oyunda meydana çıxıb. CONCACAF Kubokunda 1 qol vurmuş yeni transferimiz həmçinin ötən il 8 yoldaşlıq görüşündə forma geyinməklə, bu oyunlarda daha 2 dəfə fərqlənməklə yadda qalıb. 16 noyabr 2011-ci ildə Kosta-Rika millisinin dünya çempionu İspaniyaya qarşı keçirdiyi oyunda hesabı da məhz Rendal açmışdı.
 
Bundan əlavə qeyd edək ki, "Xəzər Lənkəran" Futbol Klubu Türkiyənin "Beşiktaş" Klubunda çıxış edən yarımmüdafiəçi Mehmet Akyüzün icarə əsasında keçidini razılaşdırıb. Yaxın zamanda türk futbolçunun da komandamızın sıralarına qoşulacağı gözlənilir.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.