Xocalı soyqırımından 20 il ötür

Bu gün Azərbaycan tarixinin ən böyük faciələrindən olan Xocalı soyqırımından 20 il ötür.
 
1992-ci ilin fevral ayının 25-dən 26-sına keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, burada dinc əhaliyə qarşı kütləvi zorakılıq həyata keçiriblər. Bir gecə ərzində silahsız insanlara qarşı amansız qəddarlıq nümayiş etdirildi, və nəticədə 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir düşmüşdür. 150 nəfərin taleyi hələ də məlum deyildir.
 
“Xəzər Lənkəran” Futbol Klubu bu qanlı faciənin ildönümdə şəhidlərinin qanının yerdə qalmaması inamı ilə Azərbaycan xalqına başsağlığı diləyir.
 
ALLAH RƏHMƏT ELƏSİN!
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.