”Xəzər Lənkəran” iki futbolçunun transferini rəsmiləşdirdi

«Xəzər Lənkəran» Futbol Klubu iki futbolçunun transferini rəsmiləşdirdi.
 
Bunlardan biri 23 yaşlı yarımmüdafiəçi Salif Ballodur. Malili futbolçunun son iş yeri ölkəsinin “Real Bamako” klubu olub. Klubumuzun sıralarına qatdığı digər oyunçu isə 21 yaşlı forvard Siriman Maqassouba oldu. Bu futbolçu da Malidəndir və komandamıza həmyerlisi kimi “Real Bamako” klubundan keçib. Hər iki oyunçu ötən il Mali milli komandasının heyətinə çağırılıb.
 
Futbolçularla klub arasında 2,5 il müddətinə müqavilələr imzalanıb.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.