Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Mais Mənsimov: ”Xəzər Lənkəran” rəhbərliyinin işinə müdaxilələr yolverilməzdir”

“Xəzər Lənkəran” Futbol Klubunun prezidenti cənab Mais Mənsimov klubun rəsmi saytına müsahibəsində komandanın daxilində olan duruma və klubun ətrafında baş verənlərə öz münasibətini bildirdi.
 
Klub prezidentinin toxunduğu ilk məsələ yeni baş məşqçi Cüneyt Birçerin təyinatı oldu: “Yeni baş məşqçinin təyinatında klubumuzun etdiyi seçimi tamamilə düzgün addım hesab edirəm. Cüneyt Biçer mövsüm başlanmazdan bir qədər əvvəl “Xəzər Lənkəran”a aşağı yaş qruplarının baş koordinatoru vəzifəsinə gətirildi. Qısa müddət ərzində türk məşqçinin gördüyü işlər göz qabağındadır. Bəzi əsassız mülahizələr səslənir ki, guya bu təyinat əvvəlcədən planlaşdırılmış addım idi. Bunlar tamamilə məntiqsiz fikirlərdir. Sadəcə müvafiq situasiyada müvafiq qərar verməyimiz gərək idi, və bu qərar da verildi. Komandaya yeni baş məşqçinin ehtiyac duyulduğu zamanda da məhz Biçerin namizədliyinin tərəfimdən qəbul edilməsi, onun işinə verdiyimiz qiymətin nəticəsidir. Yeni baş məşqçinin tutduğu bu postda şəxsən dəstəkləyirəm və ona tam etimadımı göstərirəm”.
 
Cənab Mənsimov “Xəzər Lənkəran”ın ətrafında dolaşan söhbətlər barəsində bunları bildirdi: “Xəzər Lənkəran”ı sevən hər bir kəs bilməlidir ki, klubun ətrafında geniş əks-təbliğat işləri aparılır. Bunlar özünü müxtəlif formalarda biruzə verir. Mətbuatda yer alan yersiz qərəzli yazılar, klubun rəhbərliyi və komandanın futbolçuları haqqında yer alan əsassız şayiələr buna bariz nümunədir. Mövsümün gedişatında yeddi xallıq fərqlə ilk pillədə qərarlaşdığımız zaman nədənsə komandanın oyunu yox, həqiqətə tamamilə zidd və futbola aid olmayan məsələlər müzakirə olunurdu. Bunların heç biri təsadüfi deyil.
 
“Xəzər Lənkəran” hər zaman özünün azarkeşləri ilə fəxr edib. Lakin, klubun fəaliyyətinə maneçilik törətmək istəyən müəyyən dairələr hətta azarkeş kütləsinin içində təxribatçı şəxslərdən istifadə edir. Ev oyunlarında meydana atılan kənar əşyalar klubun mövsüm ərzində külli miqdarda cərimə ödəməsinə və hətta ev oyunlarında azarkeşsiz qalmasına gətirib çıxarır. Komandanı sevən insan heç bir zaman kluba bu zərəri verə bilməz. Bütün azarkeşləri bu növ təxribatlara getməməyə çağırıram. Azarkeş komandası ilə hər zaman çiyinə-çiyinə olmalıdır, komanda qələbə qazananda onun qələbəsinə rəngarənglik qatmalı, məğlub olanda isə onu qələbəyə ruhlandırmalıdır”.
 
“Xəzər Lənkəran”ın prezidenti komandanın oyunlarının canlı yayımda göstərilməməsi ilə bağlı söhbətlərə də qəti münasibətini bildirdi: “Azərbaycan çempionatında və kubokunda ev oyunların yayımının müstəsna hüququ klublara həvalə olunub. Bu o deməkdir ki, klubun istənilən ev oyununu yayımlamaq hüququ olduğu qədər, yayımdan imtina etmək hüququ da var. “Xəzər Lənkəran”ın ev oyunlarının canlı nümayiş etdirilməsi qərarını yalnız klub verə bilər. Biz hansı oyunların canlı göstərilməsini lazım bilsək, onun yayımını da təşkil edərik. Nə PFL, nə də hər hansı bir klub bu məsələyə müdaxilə edə bilməz”.
 
Klub prezidenti “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən görülən işə də öz qiymətini verdi: "Əminliklə söyləyirəm ki, “Xəzər Lənkəran” Azərbaycanda ən peşəkar idarəçiliyə malik olan klubdur. Bugün klubun bütün işlərinin öhdəsindən bacarıqla gələn rəhbərliyin fəaliyyətinin şübhə altına salınması yolverilməzdir. Vitse-prezident Tuyqun Nadirovun cavabdehlik daşıdığı bütün sahələrdə gördüyü iş məni tamamilə qane edir. “Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyev hansısa səbəbdən mətbuat tərəfindən stadion direktoru kimi qələmə verilir və mən bu yanlışlıqdan çox narazıyam. Qeyd etmək istəyirəm ki, Höccət Hacıyev klubun vacib idarəedici şəxslərindən biridir və o da uğurla öz işinin öhdəsindən gəlir.
 
“Xəzər Lənkəran” rəhbərliyinin işinə istənilən müdaxiləni qəbulolunmaz hesab edirəm. Burada görülən hər bir işin hesabatı klub rəhbəri olaraq şəxsən mənə verilir. “Xəzər Lənkəran”ın maliyyələşməsini müəyyənləşdirən bir şəxs kimi, bu klubun qazanacağı nəticə də məni kimdənsə az maraqlandıra bilməz. Rəhbərliyin öhdəsinə düşən idarəçilikdirsə, məşqçi və futbolçuların öhdəsinə düşən göstərilən oyun və nəticə, azarkeşin öhdəsinə düşən isə dəstəkdir. Vacib olan odur ki, hər kəs öz işi ilə məşğul olsun. Klubun uğurunun əsas təminatçısı da məhz budur”.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.