Cüneyt Biçer ”Xəzər Lənkəran”ın baş məşqçisi təyin olundu

Bugün "Xəzər Lənkəran" Futbol Klubunun rəhbərliyin və komanda üzvlərinin iştirakı ilə keçirilən iclasda türk mütəxəssis Cüneyt Biçer komandanın yeni baş məşqçisi qismində futbolçulara təqdim edilib. Yayda komandaya gələn Biçer bu günə kimi "Xəzər Lənkəran"ın aşağı yaş qruplarına ümumi nəzarəti həyata keçirirdi.
 
Klubla türk məşqçi arasında bir il müddətinə müqavilə bağlandı. "Xəzər Lənkəran" rəhbərliyi baş məşqçiyə tutduğu postda müvəffəqiyyət arzulayır və ona tam olaraq etimad göstərir.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.