Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Mais Mənsimov: ”Xəzər Lənkəran” ətrafinda şayiələrin yaranmasinda müəyyən dairələr maraqlidir”

Son zamanlar idman ictimaiyyətində “Xəzər Lənkəran” Futbol Klubu daxilindəki proseslər geniş müzakirə olunur. Obyektiv məlumatlarla yanaşı daha çox uydurmalara rast gəlinir. Bu cür söhbətlərə son qoymaq məqsədilə klubumuzun prezidenti cənab Mais Mənsimov rəsmi saytımıza müsahibəsində məsələlərə aydınlıq gətirdi.
 
- Mais müəllim, klubumuzda son durumu necə xarakterizə edə bilərdiniz?
 
Bildiyiniz kimi, “Xəzər Lənkəran” bu mövsümə uğurlu start verdi. Çempionatın başlanğıcından etibarən turnir cədvəlinin zirvəsində qərarlaşmışıq ki, bu da komandamızın yaxşı oyun sərgilədiyinin əyani sübutudur. Sevindirici haldır ki, Avroliqanı tərk etdikdən sonra komandamız qısa müddətdə toparlanmaqla yeni mövsümə köklənməyi bacardı.
 
- Premyer Liqanın axırıncı turundakı məğlubiyyətimizdən sonra mətbuatda komanda barəsində ziddiyyətli məlumatlar yer alıb. Klubun prezidenti olaraq klub daxılı hazırki vəziyyəti dəyərləndirməyinizi Sizdən xahiş edirik.
 
Həmin oyundan dərhal sonra komandanın ümumi toplantısı keçirilmişdir. Orada məşqçi və oyunçu heyəti tam tərkibdə iştirak etmişdir. Toplantıda şəxsən komandanın zəif çıxışı ilə bağlı narazılığımı bildirdim. Öz növbəsində məşqçi heyəti öz tərəfindən söz verdi ki, buraxılan səhvlər təhlil ediləcək və gələcəkdə təkrarlanmayacaq. Böyük hesablı məğlubiyyətə dərhal reaksiya verməyimizin səbəbi odur ki, “Xəzər Lənkəran” hər zaman yalnız çempionluğa oynayan bir klubdur və komandanın göstərdiyi nəticələr onun iddiasını əks etdirməlidir.
 
- Yayılan şayiələrdə ən çox rast gəlinən qapıçı Kamran Ağayevdir. Onun baş məşqçi Mirça Redniklə münaqişədə olduğu bildirilir. Həmçinin onun komandadan gedişi ilə bağlı müxtəlif bir birini təkzib edən məlumatlar mətbuatda yer alıb. Bütün bunlarla bağlı Sizin fikrinizi bilmək istərdik.
 
Elə bu gün Kamranla görüşüm olub. O mənə məşqçi ilə heç bir probleminin olmadığını bildirdi. Öz növbəsində Mirça Rednik də bunu təsdiq edir. Odur ki, münaqişə haqda olan məlumatlar qətiyyən həqiqəti əks etdirmir.
 
Kamran Ağayev artıq neçə mövsümdür ki, “Xəzər Lənkəran”ın şərəfini qoruyur. Məhz burada o, yüksək səviyyəli qapıçı kimi formalaşıb milli yığmamızın bir nömrəli qapıçısı olub. O özü də bunu yaxşı anlayır. Onu deyə bilərəm ki, bugünkü görüşümüzdə Kamran klubla müqaviləsinin artırılmasını məndən xahiş etdi. Beləliklə, Kamran 2014-cü ilin yayına qədər “Xəzər Lənkəran”a məxsus futbolçudur.
 
- Sizcə bu cür şayiələrin yaranmasının səbəbi nədir?
 
Hesab edirəm ki, belə şayiələrin yaranması təsadüfi deyil. Bunların arxasında müəyyən dairələr durur. O dairələr ki, “Xəzər Lənkəran”ın uğurlu startından, yaxın izləyicisindən vaxtilə 7 xala qədər olan fərqindən qorxaraq komandamızı belə qeyri-idman vasitələrilə sarsıtmaq istəyirlər. Amma “Xəzər Lənkəran”da hökm sürən komanda ruhuna bu cür cəhdlər təsir edə bilməz. Komandamız həmişə olduğu kimi, yenə də meydanda göstərdiyi oyunla öz sözünü deyəcək.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.