Kamran Ağayev ötən mövsümün ən yaxşı qapıçısı seçildi

Dünən Unibank Premyer Liqasının 2010/2011 mövsümünün qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə “Xəzər Lənkəran” Futbol Klubunun futbolçuları, məşqçiləri, texniki və inzibati heyətinə ötən mövsümün gümüş medalları təqdim edildi.
 
Bundan əlavə bir neçə futbolçu individual mükafatlarla təltif edildi. Komandamızın qolkiperi Kamran Ağayev “Ən yaxşı qapıçı” nominasiyasında qalib olmaqla müvafiq mükafatın sahibi oldu. Həmçinin ötən mövsüm “Xəzər Lənkəran”ın heyətində nümayiş etdirdiyi oyuna görə Kosta Rikalı futbolçu Uinston Parks “Ən yaxşı hücumçu” mükafatını qazandı.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.