”Xəzər Lənkəran”ın 450-ci qolu

Adrian Pit “Xəzər Lənkəran”ın tarixinə düşüb. Rumıniyalı legioner 7 yaşlı klubumuzun tarixinə 450-ci - yubiley qolun müəllifi kimi adını yazdırıb. Adrian Premyer Liqanın VI turunun “Qarabağ”la qarşılaşmasında yeganə qolun müəllifi olmaqla həm komandamıza 3 xal qazandırıb, həm də yubileyin səbəbkarı olub.
 
“Xəzər Lənkəran” bu 450 qoldan 325-ni çempionatda, 105-ni kubokda, 7-ni avrokuboklarda, 13-nü Birlik kubokunda vurub. 450 qol üçün komandamıza 272 oyun kifayət edib.
 
Klubumuzun tarixi qolları
1                  2                                      3                     4          5    6             7               8
1    Çöri İlir (Albaniya)              çempionat        Turan      s   1:1   07.08.2004   26
50 Oqtay Dərəlioğlu                çempionat         MOİK      s   1:0   12.04.2005   40-p
          (Türkiyə) 
100 Xaqani Məmmədov         çempionat      Olimpik     e   1:0   12.02.2006   78
150 Vüqar Nadirov                   Kubok,1/8        Bakılı       e   4:0   20.11.2006   90+1
200 Zaur Ramazanov             çempionat       Masallı     s   3:0   18.08.2007   88
250 Zaur Ramazanov           Birlik kuboku,  Paxtakor    n   4:3   27.01.2008   43
                                                        final           (Özbəkistan)
300 Klaudiu Radukanu          Kubok,1/8     NBC (indiki e  3:0   30.10.2008   23
            (Rumıniya)                                                Muğan)
350 Mario Souza (Braziliya)   Kubok, 1/8      Muğan       e  3:0   04.11.2009   53
400 Uinston Parks                 çempionat       Turan         e  2:0   23.10.2010    7
         (Kosta-Rika)
450 Adrian Pit (Rumıniya)     çempionat     Qarabağ     s  1:0    17.09.2011  42
 
1 - yubiley qolu, 2 – müəllifi (legionerlər üçün vətəndaşlığı), 3 - turnir, 4 – rəqib, 5 - meydan, 6 – hesab, 7 – tarix, 8 - yubiley qolun dəqiqəsi.
 
Qeyd edək ki, 2004/05 mövsümünün çempionatına təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunların top fərqində nəzərə alınmır.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.