Antonio Semedo ”Xəzər Lənkəran”da

“Xəzər Lənkəran” Futbol Klubu daha bir futboçunu heyətinə qatdı. 32 yaşlı portuqaliyalı futbolçu Antonio Paulo Sançes Semedo bugün klubla bir il müddətinə müqavilə imzaladı.
 
Sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən təcrübəli futbolçu karyerasının böyük hissəsini vətəninin “Estrela Amadora” klubunda keçirib. Semedo həmçinin bir neçə mövsüm Rumıniya çempionatında “ÇFR”, “Styaua” və “Unirea” klublarının heyətində top qovub. Çıxış etdiyi son klub isə Kipr çempionatının təmsilçisi “Alki Larnaka” olub.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.