Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

”Xəzər Lənkəran”ın bütün yeni transferləri

"Xəzər Lənkəran"ın rəsmi saytı sizə komandamızın bütün yeni transflerlərini təqdim edir.
 
Oliveira Eder Bonfim. 30 yaşlı Braziliyalı futbolçu əsasən sağ cinah müdafiəçisi mövqeyində oynayır. Karyerasının son üç mövsümünü Rumıniyada oynayan Ederin son iş yeri “Styaua” (Buxarest) komandası olub. Bundan əlavə o, bir çox Portuqaliya klubunda çıxış edib ki, onların arasında “Benfika” və “Braqa” da olub. Bonfim ötən mövsüm Avropa Liqasında “Liverpul”un qapısından qol keçirməklə də yadda qalıb. Komandamızla oyunçu arasında 1 illik müqavilə imzalanıb.
 
Rikardo Vilana Qomeş. Həmyerlisi Bonfimlə birlikdə ötən mövsüm “Styaua”nın şərəfini qoruyub. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Bu klubun heyətində ötən mövsüm Avropa Liqasında çıxış etməklə yanaşı, daha əvvəl digər rumın klubu “Unirea” ilə Rumıniya çempionu olub və UEFA Çempionlar Liqasında oynayıb. Rikardo Qomeş klubla 2 illik müqavilə bağlayıb.
 
Marius Onofraş. 30 yaşlı Rumıniyalı futbolçu cinah yarımmüdafiəçisi və hücumçu rollarında çıxış edir. Yuxarıda sadalanan iki oyunçu kimi, o da ötən mövsümü “Styaua”nın heyətində keçirib. Bundan əlavə, Onofraş müxtəlif Rumıniya klublarında forma geyinib, “Xəzər Lənkəran” isə onun vətənindən kənarda oynadığı ilk klubdu. “Unireya”nın heyətində 2009/2010 mövsümündə Çempionlar Liqasında oynamış Marius “Qlazqo Reyncers”ə vurduğu qolla da yadda qalıb. Futbolçu ilə komanda arasına 1 illik müqavilə imzalanıb.
 
Joao Pinto Ribeiro Paulo. 31 yaşlı Portuqaliyalı mərkəz hücumçusu karyerasına “Boavişta” klubunda başlayıb. Müxtəlif Portuqaliya klublarının heyətində çıxış etmiş Pinto, həmçinin Rumıniyanın “Rapid Buxarest”, son mövsümdə isə Kiprin “Olimpiakos Nikosiya” klubunu şərəfini qoruyub. Forvard Kipr klubunun heyətində 16 qol vurmağı bacarıb. Klub Pinto ilə 2 illik müqavilə bağlayıb.
 
Çaba Borbeli. Macarıstan əsilli Rumın vətəndaşı olan 31 yaşlı hücumçu müxtəlif Rumıniya klublarının heyətində 200-dən artıq oyun keçirib. Son mövsümdə isə ölkəsinin çempionu olan “Oteselul Qalati”nin şərəfini qoruyub. Futbolçu ilə klub arasında 1 illik müqavilə imzalanıb.
 
Veldin Muharemoviç. Komandaya son qoşulan Bosniya və Herseqovinalı müdafiəçi karyerası ərzində ölkəsini “Sarayevo” və Belçikanın “Lokeren” komandalarında çıxış edib. Bir neçə dəfə yığma komandaya da çağırılan Muharemoviçin 27 yaşı var. Müdafiəçi komandamızla 1 illik müqaviləyə imza atıb.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.