”Qalatasaray”ın keçmiş məşqçisi ”Xəzər Lənkəranda”

Avropa Liqasına hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran”ın sıralarına yeni məşqçi cəlb olunub. Qarşıdakı ciddi hazırlıq prosesinin olduğu nəzərə alınmaqla, baş məqçinin tövsiyəsi nəticəsində komandaya yeni fiziki hazırlıq üzrə məşqçi dəvət edildi. Bu, təcrübəli italiyalı mütəxəssis Ciovanni Melkiorredir. Karyerası ərzində Türkiyə, Rumıniya və ölkəmizdə də çalışmış 49 yaşlı məşqçi ötən mövsüm Türkiyənin “Qalatasaray” klubuna işləyib. Klubla Melkiorre arasında bir illik razılıq əldə olunub.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.