”Xəzər Lənkəran” bir sıra futboçu ilə yollarını ayırır

“Xəzər Lənkəran” Futbol Klubu komandanın bir neçə futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.
 
Belə ki, rumıniyalı oyunçular – Nikulae Muşat, Kosmin Frasinesku, Hristu Kyaku və portuqaliyalı Simao Bruno ilə müqavilələrin müddəti bitmişdir və klub tərəfindən bu futbolçularla müqavilələri artırmamaq qərara alınıb.
 
Bundan savayı, dörd oyunçu – Yevegeni Kopıl, İbrahima Banqura, Elvin Beqiri və Stelian Stanku klub tərəfindən transferə çıxarılır.
 
“Xəzər Lənkəran” Futbol Klubu komandanı tərk edən hər bir oyunçuya burada olduğu müddət ərzində göstərdikləri oyuna görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.