”Xəzər Lənkəran” açılış oyununda öz meydanında qələbə qazanır

Bu həftə XIX Azərbaycan çempionatının startı veriləcək. Tarixində 7-ci dəfə bu yarışda iştirak edəcək “Xəzər Lənkəran” Premyer Liqada mübarizəni doğma meydanda başlayacaq. Bu dəfə startdakı ilk rəqib “Qəbələ”dir. İndiyə qədərki 6 çempionatda komandamız yalnız 2 dəfə açılış oyununu Lənkəranda keçirib. Maraqlıdır ki, hər iki halda bu ikinci tura təsadüf edib. Ilk turu müxtəlif səbəblərdən buraxan “Xəzər Lənkəran” hər iki halda rəqiblərini məğlub yola salıb. Doğma divarlar arasındakı qələbəli start ənənəsinin davamı isə avqustun 7-də gəlməlidir.
 
“Xəzər Lənkəran”ın çempionatlardakı ilk oyunları
Mövsüm Tarix oyun hesab
2004/05 07.08.2004 “Turan” – “Xəzər Lənkəran” 1:1
2005/06 12.08.2005 “Olimpik” - “Xəzər Lənkəran” 0:2
2006/07 11.08.2006 “Xəzər Lənkəran” – “Neftçi” 2:1
2007/08 12.08.2007 “Karvan” - “Xəzər Lənkəran” 0:1
2008/09 10.08.2008 “Karvan” - “Xəzər Lənkəran” 1:0
2009/10 21.08.2009 “Xəzər Lənkəran” – “İnter” 1:0
2010/11 07.08.2010 “Xəzər Lənkəran” – “Qəbələ”
 
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.