”Xəzər Lənkəran” yeni yarımmüdafiəçi ilə gücləndi

Rumıniyalı futbolçu (sağ müdafiəçi) Stanku Stelian bu gün “Xəzər Lənkəran” klubuna keçməsi ilə əlaqədar iki illik müqavilə imzalayıb. 28 yaşlı müdafiəçi həm də sağ yarımmüdafiəçi mövqeyindədə eyni müvəffəqiyyətlə oynayır.
S.Stelian futbolda peşəkar karyerasını 18 yaşından başlayıb. Belə ki, indiyənəcən bu futbolçu ölkəsinin Premyer liqasında təmsil olunan 5 klubda oynayıb: “Astra Ploeşti” (Ploeşti), “Sportu Studentesc” (Buxarest), “Styaua” (Buxarest), “Poli Timişoara” (Timişoara) və “FC Braşov” (Braşov).
S.Stelian “Styaua” və “Poli Timişoara” komandalarında oynayan zaman bu klublar Rumıniya çempionatlarını ikinci yerdə bitiriblər, adı çəkilən sonuncu klub isə hətta ölkə kubokunu qazanıb.
S.Stelian evlidir, bir qızı var.
Doğma dilindən başqa ingilis dilini də bilir.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.