Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

«Xəzər Lənkəran»ın yeni baş məşqçisi rumıniyalı Mirça Rednik oldu

Qarşıdakı 2 il ərzində “Xəzər Lənkəran” futbol klubunun əsas heyətinin baş məşqçisi Rumıniya və Belçika vətəndaşı Mirça Rednik olacaq. Müvafiq müqavilə bu gün Türkiyənin İstanbul şəhərində “Xəzər Lənkəran” klubu və rumıniyalı məşqçi arasında imzalanıb.
Mirça Rednik 1962-ci il təvəllüdlüdür. O, fransız, ingilis, italyan, rumın dillərində danışır və rus dilini qismən bilir. Futbolçu karyerasını 1978-ci ildə “Korvinul” Xunedoara” klubunda başlayıb. Bu komandanın heyətində 3 il ərzində 96 oyunda iştirak edib, rəqiblərin qapısına 6 qol vurub. 1990-1991-ci illərdə Rednik Türkiyənin “Bursaspor” klubunda oynayıb, və burada 22 matçda iştirak edərək 2 qol vurub. Ən uzun müddət Rednik Lyejin “Standard” klubunun şərəfini qoruyub (1991-1996-ci illər). O, bu klubun 156 qarşılaşmasında iştirak edib və 4 qol vurub. 1996-1997-ci illərdə Rednik Belçikanın “St.-Trudens” klubunda oynayıb və bu komandanın heyətində 14 oyun keçirib. Buxarestin “Rapid” klubunda (1997-2000-ci illər) Rednik öz futbolçu karyerasını tamamlayıb. Bu klub uğrunda o 89 oyunda çıxış edərək 2 qol vurub.
Rednik 1984-cü ildə Fransada keçirilən Avropa çempionatının 3 oyununun və 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının 4 oyununun iştirakçısıdır.
O, 1984, 1990 və 1999-cu illərdə Rumıniya çempionu olub, Rumıniya kubokunun 1984, 1986, 1990 və 1998-ci illərdə, və Belçika kubokunun 1993-cü ildə qalibi olub.
Futbol karyerasını tamamlayan kimi Rednik elə həmin 2000-ci ildə məşqçiliyə başlayıb. Belə ki o, 2000-2001-ci illərdə Buxarestin “Rapid” klubunda baş məşqçi qismində çalışıb. 2001-ci ildə Rednik “Bakeu” futbol klubunu çalişdirib, 2002-ci ildə isə yenidən 2 il müddətinə “Rapid” klubuna qayıdıb. 2003-2004-cü illərdə Rednik Səudiyə Ərəbistanının “Əl-Nəsr” komandasını çalışdırıb. 2004-də o “Universitatya” Kraiova, 2004-2006-da “Vasluy”, 2006-2007-də “Dinamo” Buxarest, 2007-2008-də “Rapid” Buxarest, 2008-2009-da yenidən “Dinamo” Buxarest komandalarında çalışıb. Rednikin son iş yeri Rusiyanın “Alaniya” Vladikavkaz komandası olub. Məşqçi orada 2009-cu ildə işləyib.
Məşqçi qismində Rednik bir çox nailiyyətlər əldə edib. O, 2003-cü ildə “Rapid”lə və 2007-ci ildə “Dinamo” ilə Rumıniya çempionu adını qazanıb. Rednik Mirça Luçeskudan sonra yeganə məşqçidir ki Rumıniya çempionatını iki məxtəlif komanda ilə udub. 2002-ci il Rumıniya kubokunun, 2002 və 2003-cü illər bu ölkənin superkubokunun qalibi olub.
2003-də və 2007-də Rednik Rumıniyada İlin məşqçisi tituluna layiq görülüb.
2004-cü ildə o “Əl-Nəsr” komandası ilə Dəməşq kubokunu qazanıb.
2005-ci ildə Rednik “Vasluy” komandasını heç bir oyunda uduzmayaraq Rumıniyanın premyer liqasına çıxarıb.
Rednik Çempionlar liqasının 2003 və 2007-ci illərdə və UEFA kubokunun 2001, 2004, 2005 və 2008-ci illərdə iştirakçısı olub.
“Alaniya” ilə çempionatı üçüncü yerdə bitirib və bununla da komandanın Rusiya premyer liqasına çıxışını təmin edib.
 
 
 

 

 

  

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.