Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər-Lənkəran” klubunun həkimi Moskvada həkimlər yığıncağında iştirak etmişdir

“Xəzər-Lənkəran” klubunun baş həkimi Boris Xetaqurov, Rusiya Futbol İttifaqı, “Lujniki” Olimpiya kompleksi və “İdman həkimləri birliyi”nin Moskvada təşkil etdiyi, idman təbabəti və reabitologiya üzrə III beynəlxalq simpoziumunda iştirak etmişdir.
 
Tədbirə Rusiya, Ukrayna, Azərbaycan, Belarus, Latviya və Moldovanı təmsil edən idman həkimləri toplaşmışlar.
Elm və gənc alimlər üçün yeniliklər sahəsində 2008-ci il üzrə Rusiya Federasiyasının Prezidenti Mükafatının laureatı, professor Evgeniy Açkasov özünün qısa müqəddiməsində, ekspert və mütəxəssisləri müasir idman həkimləri üçün kreativ layihə hazırlayan idman təbabəti üzrə beynəlxalq simpoziumun təşkilati komitəsinin geniş ilkin əməyinə xarakteristika vermişdir.
 
Simpoziumun birinci günündə aparıcı avropa klinikası olan “Villa Styuart”, həmçinin “Milan”, Moskva “Lokomotiv”i və “Dinamo”su kimi klublarda çalışan məşhur italyan idman həkimləri çıxış etmişlər.
 
“Milan” futbol klubunun baş həkimi Massimo Manara, futbolçuların peşəkar klubda tibbi təminatının təşkili üzrə mühazirə hazırlamışdır.
 
Professorlar Pyer-Paolo Mariani və Alessandro Kastanyinin baldır və çiyin oynaqları zədələrinin cərrahi müalicəsi üzrə məruzələri əsl kəşf oldu.
 
İdman ortoped-travmatoloqu professor P.-P.Mariani, öz növbəsində peşəkar futbolçularda ağır zədələr zamanı cəld cərrahi müdaxilələrin məqsədəuyğunluq dəlillərini təqdim etdi.
 
Professor Domenino Kreto öz çıxışını diz apparatının kapsul-bağ uyğunlaşdırılmış zədərəlirdən sonra pasiyentlərin müasir reabilitasiya problemlərinə həsr etdi.
 
“Lokomotiv” futbol klubunun fiziki hazırlıq üzrə məşqçisi Vinçenzo Pinkolini müxtəliş yaş kateqoriyalarında olan futbolçuların travmatizminin profilaktikası üzrə videoprezentasiya təqdim etdi.
 
Prezentasiya www.robertosassi.it web-saytında təqdim olunub.
 
Professor Roberto Sassi özünün akademik məruzəsini, yarış vaxtı futbolçuların üzərinə düşən yükün keçirilməsinin müasir nəzarət metodlarına həsr etmişdir.
 
Donetsk “Şaxtyor”unun tibb xidmətinin həkimi Artur Qluşenko, iri oynaqlarda əzələ və kapsul-bağ zədələri zamanı trombositar böyümə faktorlarının tətbiq olunması üzrə təcrübəsini məruzə etdi.
 
2010 beynəlxalq simpoziumunun video və foto təminatında “TV-Centr Moskva” televiziya şirkəti, “Lujniki” kompleksinin mətbuat mərkəzinin texniki heyəti, həmçinin Rusiya Futbol İttifaqının elm, innovasiya texnologiyaları və təhsil şöbəsinin tibbi-bioloji kompleks elmi qrupunun əməkdaşı iştirak etmişlər.
 
Rusiya Federasiyanın idman təbabətində ilk dəfə praktiki olaraq, beynəlxalq simpoziumun proqramının ayrıca hissəsi, müasir peşəkar və həvəskar idmanda dopinqı nəzarət aktual problemlərinə həsr olunmuşdu.
 
RUSADA Milli antidopinq təşkilatının icraiyyə şurasının sədri N.Sinev “Dopinqlə mübarizənin aktual problemləri və onların həll yolları” məruzəsi ilə çıxış etdi.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.