Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – XXXI tur. Quzanlıdan yenə əliboş

Quzanlıdakı oyun öncə turnir cədvəlində elə vəziyyət yaranmışdı ki, “Xəzər Lənkəran” ən prinsipial “əyalət derbisi”ndə həm çempionluğu bayram edə, həm də sonuncu turdan öncə liderlik kürsüsünü itirə bilərdi. Heç bir ehtimal doğrulmadı – komandamız məğlubiyyətlə barışmalı olsa da, “Bakı”yla “İnter”in qolsuz heç-heçəsi lider statusunu “ağ-yaşıllar”da saxladı.
Oyunun əvvəlində komandalar ehtiyatlı davransa da, futbolçularımız daha xoş təsir bağışlayırdı. Və hətta Denis Kalinkovun asmasından sonra başıyla topun trayektoriyasını dəyişən Mario Souza azca dəqiq olsaydı hesab açılacaqdı. Eyniylə Emeka Opara da. “Nigeriyalı qladiator” cərimə meydançasının həndəvərindən topu saxlamadan rəqibin qapısına vursa da, dəqiqsizliyi göz oxşayacaq qolun baş tutmasını əngəllədi. Amma komandamızın heyətində matçın ən yaxşısı olan Emeka istəyinə çatdı. “İkinci mərtəbə”də az qala bütün mübarizələrdən qalib çıxan forvard ikinci hissənin ortalarına yaxın Dieqo Qusmaonun asmasından sonra havada topa sahib çıxaraq onu Marionun qarşısına atdı. Braziliyalının qol vurmamağa haqqı yox idi və şansı qaçırmayaraq cari çempionatda 9-cu dəfə fərqlənməklə Allan Lalini haqladı.
Lakin təəssüf ki, qol vuralan ana qədər komandamız artıq iki dəfə mərkəzdən başlamalı olmuşdu. Hələ ilk yarının ortalarında “Qarabağ”ın təhlükə vəd etməyən hücumu zamanı komandamız cərimə meydançasında Georgi Adamiya hamını qabaqlayaraq topu arxaya bu oyunda dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirən Rəşad Sadıqova ötürdü. Millimizin kapitanının zərbəsi qarşısıalınmaz alındı və top öncə dirəyə dəyib, sonra torumuzu silkələdi. Düzdü, qeyd edilməlidi ki, gürcü futbolçu ötürmə verərkən əllə oynamışdı və məhz bu üzdən “Qarabağ”lılar qolu bayram edərkən qonaq futbolçular referi Elçin Məmmədovun üzərinə cumdu. Lakin oyunu kifayət qədər aşağı səviyyədə idarə edən, meydan sahiblərinə aşkar simpatiya bəsləyən referinin qərarından daşındırmaq mümkün deyildi. Buna xeyli cəhd göstərən Kamran Ağayev isə sarı vərəqəyə layiq görüldü və... sonuncu – həlledici turdan öncə cəzalı duruma düşdü.
“Xəzər Lənkəran” yenicə özünə gəlməyə başlamışdı ki, yenə soyuq duş qəbul etməli oldu. Rəşad Sadıqov cərimə vuruşunu ifa etmək üçün topa yaxınlaşarkən hamı onun ötən ilin yayında Avropa Liqasının təsnifat mərhələsində Norveç “Rusenborq”uyla oyunda olduğu kimi yenə qüvvətli zərbə vuracağını düşünsə də, müdafiəçi topu çox qaldırmadan Kamranın qapı meydanına tərəf ötürmə verdi. Sanki elə bunu gözləyən Rauf Əliyev hamını qabaqlayıb hesab arasındakı fərqi artırdı.
Komandamız yalnız ikinci yarıda özünə gəldi. Daha doğrusu fasilədən sonra hesabı qorumaq üçün meydana çıxan “Qarabağ”ı qapısına doğru sıxışdıra bildi. Amma futbolçularımız real qol vəziyyəti yaratmaqda, az qala 11 nəfərdən ibarət müdafiə qalasını yarmağa çətinlik çəkirdi. Bu dəqiqələrdə cinah asmalarında, uzun ötürmələrdən istifadə etmək daha xeyrli ola bilərdi. Lakin nədənsə futbolçularımız hər vəclə müdafiəni mərkəzdən yarmağa çalışırdı ki, bu da nəticəsiz qaldı. “Ağ-yaşıllar”ın gücü yalnız bir təsəlli qoluna çatdı; bu isə komandamızın xal hesabını zənginləşdirmədi.
İkinci yarının ən önəmli məqamları arasında referi məmmədovun nəinki kobudluq, heç ümumiyyətlə qayda pozuntusu etməyən İvan Pexanı sarı vərəqəylə cəzalandırması oldu. Indi komandamızın aparıcı müdafiəçisi İvan Pexa da cəzalı durumdadı və son turda “Bakı”ya qarşı oyunda iştirak edə bilməyəcək...
Amma başqa çıxış yolu qalmayıb. Kamran və pexasız belə şənbə günü komandamız “Xəzər Lənkəran” stadionunu ağzınadək dolduracaq azarkeşlərə böyük qələbə bəxş etməlidi. İnşallah, hələ də çempion adını qoruyan “Bakı” məhz həmin gün titulu “Xəzər Lənkəran”a təhvil verəcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.