Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – XXX tur. “Böyük oyun”larda “sülh” və “qolsuzluq” “epidemiya”sı

Daha bir “Böyük oyun” tarixə qovuşdu. Maraqlıdı ki, komandamız bu dəfə də “Neftçi”ylə oyunda heç-heçəyə razılaşdı və beləliklə, cari mövsüm komandalar arasında keçirilmiş bütün matçlar “sülh”lə nəticələndi. Ən önəmlisi isə Azərbaycanın ən prinsipial derbisində müdafiəçilər daha güclü olaraq bir qolun gerçəkləşməsinə belə imkan vermədilər.
“Altılıq” hər oyunundan öncə müşahidə edilən ajiotaj rəqibləri oyuna ehtiyatlı başlamağa vadar etmişdi. Amma sonradan aydın oldu ki, komandalar bir-birindən ehtiyat etdiyindən əsas diqqəti qol buraxmamağa yönəldəcəklər. Tərəflərdən heç biri irəli böyük qüvvəylə atılmırdı. Ümumiyyətlə, 90 dəqiqə ərzində tərəflər 4-5 real qo vəziyyəti yaratdı. İlk yarıda əvvəlcə əla mövqedə “lövbər salmış” Mario Souza topu saxlamaq əvəzinə, qayçı zərbə endirməyə qərar verdi ki, cəhdi bəhrəsiz oldu. Ardından isə oyunçularımızın süni oyundan kənar vəziyyət yaratmaq istəyi nəticəsində rəqibin ən yaxşı bombardiri – ruminıyalı Adrian Neaqa maneəsiz cərimə meydançamıza daxil olaraq uzaq küncü nişan aldı – top dirəyi yalayaraq auta çıxdı.
Oyunun axarı ikinci yarıda da dəyişmədi. Nadir qol vəziyyətlərindən biri qapımız qarşısında yarandı. “Neftçi”nin hücumçuları müdafiəçilərimizin sayıqlığını ani itirməsindən yararlanıb cərimə meydançamız daxilindən iki zərbə endirdilər. Əvvəlcə top müdafiəçidən qayıtdısa, təkrar zərbəni Kamran Ağayev mükkəmməl seyvlə çıxardı. Komandamız buna Allan Lalinin qaçırdığı qolla cavab verdi. Dieqo Souza-Mario-Allan üçgedişli kombinasiyasının sonunda honduraslı futbolçumuz əla fürsət yaxalasa da, sol ayağının əvəzinə, sağdan istifadə edərək dəqiq zərbə vura bimədi. Artıq bu dəqiqələrdə komandamız nisbətən üstün oynamağa başlamışdı. Xüsusilə meydana daxil olan kimi fəallığımızı artıran Denis Kalinkovu qeyd etmək lazımdı. Adicə bir fakt: moldovalı meydana çıxanadək, ikinci yarıda futbolçularımız rəqibin cərimə meydanına bir asma belə etməmişdilər. Kalinkovun iki dəfə uzaqdan zərbə vurmaq cəhdlərini rəqib müdafiəçilər boşa çıxardı. Bununla belə, super solaxay hakimin əlavə etdiyi dəqiqələrdə şans yaxaladı. Amma təəssüf ki, onun 18-20 metlik məsafədən vurduğu zərbə düz qapıçı Paulius Qribauskasın üstünə getdi.
Beləcə, gözlənilən qədər də amansız mübarizəyə səhnə olmayan “Böyük oyun” heç-heçə nəticələndi. Komandamız xal itirsə də, əsas rəqibləri – “İnter”lə “Bakı”nın məğlubiyyətlərindən yararlanaraq nəinki liderliyini qorudu, həm də ikinci pillədə qərarlaşmış “bankirlər”lə xal fərqini ikiyə yüksəltdi. Bazar günü – mayın 9-da “Xəzər Lənkəran” bəlkə də mövsümün ən ağır matçına çıxacaq – komandamız Ağdamda “Qarabağ”ın qonağı olacaq.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.