Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Daha üç futbolçu – Xaqani Məmmədov, Asif Məmmədov və Tural Cəlilov

“Xəzər Lənkəran” daha üç yerli futbolçu - Xaqani Məmmədov, Asif Məmmədov və Tural Cəlilovla iki illik müqavilə imzalayıb.
 
Daha öncə də “Xəzər Lənkəran”ın şərəfini qorumuş və kifayət qədər məhsuldar oyunuyla seçilmiş təcrübəli Xaqani Məmmədov yenidən komandamıza dönüb. 33 yaşlı forvard 2006-cı ilin yayında komandamızdan ayrıldıqdan sonra “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyinib və 2007/08 mövsümündə 23 oyunda 19 qol vuraraq “bankirlər”in heyətində Azərbaycan çempionatının ən sərrast futbolçusu olub. Son mövsümün ikinci hissəsini “Karvan”ın heyətində keçirən Xaqani 13 oyunda 7 qolla yadda qalıb.
 
23 yaşlı Asif Məmmədov son iki mövsümü “İnter”in heyətində keçirsə də, əsas heyət üzvünə çevrilə bilməyib. Bununla belə, son mövsüm gənc cinah hücumçusu az qala hər oyunda meydana sonradan daxil olmaqla forma geyinmək şansı qazanıb. Mütəxəssislərin fikrincə, sürətiylə seçilən Məmmədov kifayət qədər potensiallı futbolçudu.
 
Tural Cəlilov isə son üç ili “Simurq”un heyətində keçirib və hətta milli komandamıza da dəvət alıb. Hər iki cinahda oynaya bilən Tural bundan sonra “Xəzər Lənkəran”ın uğurları üçün tər tökəcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.