Kalinkov, İneman, Şışov, Abbasov və Sultanovla yollar ayrıldı

Denis Kalinkov, Tomas İneman, Tihhon Şışov, Ramazan Abbasov və Ceyhun Sultanov gələn mövsümdən “Xəzər Lənkəran”ın formasını geyinməyəcəklər.
 
Son mövsüm komandanın əsas heyətində nadir hallarda oynayan çexiyalı Tomas İneman, Ceyhun Sultanov və Ramazan Abbasovla və qışda komandamıza qoşulan Estoniya millisinin üzvü Tihhon Şışovla əməkdaşlığa son verilib. Moldova millisinin futbolçusu Denis Kalinkovun isə müqavilə müddəti başa çatdığından “Xəzər Lənkəran”la yolları ayrılıb – məşqçilər heyəti onunla yeni müqavilə imzalamamaq qərarına gəliblər.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.