Çempiona da kubok veriləcək

Unibank Premyer Liqasının qalibinə ənənəvi medallarla yanaşı xüsusi mükafat da veriləcək. Azərbaycan çempionu olmuş komanda ilk dəfə çempionluq kubokunu başı üzərinə qaldırmış olacaq.
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “lent.az” portalına eksklüziv açıqlamasında bildirib ki, sonuncu turun oyunlarından sonra ölkə çempionu titulunu qazanmış komandaya çempionluq kuboku veriləcək:
- Düzdür, mayın 9-da “Qarabağ” “Xəzər Lənkəran”a uduzsa və “İnter” “Bakı” ilə qarşılaşmada xal itirsə, çempion vaxtından əvvəl müəyyənləşəcək. Bu halda “Xəzər Lənkəran” çempion olacaq. Lakin biz Ağdama qızıl medal aparmayacağıq. İlk 3 yeri tutanlara medalları mövsüm başa çatdıqdan sonra təntənəli mərasimdə təqdim edəcəyik. Sonuncu turda isə çempionluğunu elan edən komandaya bir sıra aparıcı futbol ölkələrində olduğu kimi, elə stadiondaca xüsusi mükafat – çempionluq kuboku verəcəyik”.
Lakin Musayev çempionluq kubokunun hansı formada olması və harada hazırlanması barədə açıqlama verməkdən imtina edib: “Qoy, sürpriz olsun”.
Qeyd edək ki, Fransanın "Arthus-Bertrand" şirkəti PFL-in sifarişinə əsasən, mövsümün mükafatçıları üçün medallar hazırlayıb. Bu şirkət Fransanın məşhur "Şərəf Legionu Ordeni"ni də hazırlayır.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.