Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

AK – 1/2 final. “Xəzər Lənkəran” yenə finalda

Qaçırılan çox saylı qol şanslarına baxmayaraq, sona 9 dəqiqə qalmış “Xəzər Lənkəran” həlledici qolu vuraraq bir illik fasilədən sonra ölkə kubokunun finalına vəsiqə qazandı. Mayın 23-də keçiriləcək həlledici görüşdə titul uğrunda oyunda rəqibimiz “Bakı” olacaq.
Dünən “Xəzər Lənkəran” stadionuna toplaşmış azarkeşlər maraqlı oyunun şahidi oldular. Qol epizodlarıyla zəngin matçda komandamız daha asan qələbə qazana bilərdi. Amma 6-7 qol qaçıran futbolçularımız, sonda çətin vəziyyətə düşdülər. Belə ki, matçın sonuna cəmi 13 dəqiqə qalmış “Olimpik-Şüvəlan”ın nadir hücumlarından birində cərimə meydançamızda qarmaqarışıqlıq yarandı və Mirko Bunyevçeviçin önünə düşən top az sonra torumuzu silkələdi. Qol aydın səmada şimşək effekti yaratsa da, futbolçularımız əlavə vaxt haqda düşünməyin tez olduğunu göstərdilər – meydana ikinci yarıda çıxmış Mario Souza iti küncdən topu rəqib qapıçının başı üzərindən aşıraraq qələbə qolunun müəllifi oldu. Düzdü, qeyd olunmalıdı ki, əslində top Samir Abdulovun başına dəyərək tora daxil oldu. Sonrakı dəqioqələrdə isə “Olimpik-Şüvəlan” finala yol açacaq qolu vurmaq üçün irəli atıldı. Lakin nəticədə qonaqlar bir neçə dəfə üçüncü qolu buraxmaq təhlükəsiylə üz-üzə qaldılar. Amma hesab sonadək dəyişmədi.
Beləliklə, “Xəzər Lənkəran” mövsümün son matçında oynamaq hüququ qazandı. Düzdü, bundan öncə komandamızı daha iki ağır oyun gözləyir ki, onlardan sonra komandamız ölkə çempionau statusuna sahib çıxa bilər. Növbəti matç isə mayın 9-da Ağdamda “Qarabağ”a qarşı keçiriləcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.