Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL-XXVIII tur. Qəbələdə zirvəyə aparan qələbə

Bir həftə öncə “Bakı”ya şansız şəkildə yenilən komandamız turnir cədvəlinin zirvəsini ələ keçirmək imkanını əldən vermişdi. Ardıcıl ikinci səfər oyununa yollanan “Xəzər Lənkəran”da psixoloji durum yüksək səviyyədə olmasa da, komandamız dörd oyunluq məğlubiyyətsiz seriyaya malik “Qəbələ”ni üstələyə bildi. Bu qələbə və bir gün sonra “İnter”in məğlub olması sayəsində “ağ-yaşıllar” mövsümdə ilk dəfə zirvəyə oturdu.
“Bakı” uğursuzluğundan sonra komandamızın baş məşqçisi Ağasəlim Mircavadov heyətə əməlli-başlı əl gəzdirmişdi. Müdafiənin sağı yenidən cəzası bitmiş Ruslan poladova tapşırılmışdı, sol cinah hücumçusu mövqeyində isə İvan Svetkovu Allan Lalin əvəzləmişdi, Rahid əmirquliyev isə ötən oyundan fərqli yenə doğma dayaq yarımmüdafiəçisi mövqeyinə çəkilmişdi. Əvəzetmələr özünü doğrultdu. Xüsusilə Lalin fərqləndi – honduraslı futbolçumuz əvvəlcə hesabı açdı, daha sonra isə Emeka Oparaya məhsuldar ötürmə verdi. Yeri gəlmişkən, Lalinə çempionatdakı 9-cu qolu vurması üçün cəmi on dəqiqə kifayət etdi. Rahidin ara ötürməsini qəbul edərək rəqibin cərimə meydançasına iti bucaqda daxil olan cənubi amerikalı ustalıqla topu qapıçının başı üzərindən tora yönəltdi. Amma nədənsə qoldan sonra komandamız üstünlüyü rəqibə verdi. “Qəbələ”nin özünəxas hücumları sonucsuz qalmadı. Cəriməmeydançamıza ardıcıl asmalar böyük təhlükə yaratmasa da, fasilə ərəfəsində Tomaş Stolpa yaxaladığı fürsəti qaçırmadı.
İkinci yarıya sürətli başlayan futbolçularımızın qəbələ istəyi göz önündə idi. Oparanın qolunun qarşısını Doroşevs mükkəməl seyvlə aldı. Epizodun davamında yerinə yetirdiyimiz künc zərbəsini inanılmaz şəkildə tamamlaya bilməyən futbolçularımız dərhal irəli çıxmaq imkanını əldən verdilər. Az sonra həmişəki kimi mübarizliyi ilə diqqət çəkən nigeriyalı forvardımız bir toxunuşla Kristian Kabralı boş zonaya çıxardı. Braziliyalının güclü zərbəsi qapının azca üstündən keçdi. Qol yetişirdi: nəhayət, 53-cü dəqiqədə təzyiqə tab gətiməyən Milan Antiç kobud səhvə yolverdi – onun uzaqlaşdırmaq istədiyi top Lalinin önünə düşdü və o “mərmi”ni Oparanın önünə ataraq komanda yoldaşının çətinlik çəkmədən komandamızı yenidən hesabda önə çıxartmasında pay sahibi oldu. Və yenə... Oyunu əvvəlki tərzdə davam etdirmək vacib olsa da, futbolçularımız yenə üstünlüyü meydan sahiblərinə verərək əks-hücumda oynamağa başladılar. Amma “Xəzər Lənkəran”ın bu oyun komponentində bir qədər axsadığı növbəti dəfə üzə çıxdı. Komandamız bir dəfə real qol fürsəti yarada bildi ki, bu epizodda da qapıçıyla üzbəüz qalan Opara çərçivəyə düşmədi. Əvəzində “Qəbələ” getdikcə təzyiqi artırır və müdafiəmizə çətin anlar yaşadırdı. Bununlıa belə, meydan sahibləri real olaraq kamran ağayevi ikinci dəfə məyus etmək şansı qazanmadılar.
Beləliklə, “Xəzər Lənkəran” önəmli qələbə qazanaraq turnir cədvəlinin zirvəsini yüksəldi. Bu isə o deməkdir ki, cümə günü “İnter”ə qarşı keçiriləcək oyundan öncə psixoloji üstünlük komandamızın tərəfinə keçdi.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.