Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – XXVII. “Soyuq duş”

“Bakı”yla oyunun son dəqiqələrində futbolçularımızın qarşısını ala bilmədiyi hücum “soyuq duş” effekti yaratdı. Hamımız birdən islandıq – üç xal arzusunda olduğumuz oyunda bir xala da həsrət qaldıq. “Xəzər Lənkəran” turnir cədvəlində liderliyi ələ almaq şansını qaçırmaqla yanaşı, faktiki olaraq “Bakı”yla “Qarabağ”ı da çempionluq savaşına dəvət etdi.
 
Halbuki oyundan öncə favorit haqda sual versəydik, əksər mütəxəssislər komandamızın adını çəkərdi. Bunu həm turnir cədvəlindəki vəziyyət, həm də çempionatın həlledici dövründə məşqçi dəyişikliyinə məruz qalmış “Bakı”dakı ab-hava labüd edirdi. “Zolaqlılar” üç tur idi ki, qələbəyə həsrət qalmışdılar... Yəni bu vəziyyətdə komandamız təsnifat mərhələsində darmadağın etdiyi rəqibinə uduzmağa haqqı yox idi. Amma təəssüf ki, dünən meydanda canlarını qoymağa hazır bakılılardan fərqli, “ağ-yaşıl” geyimli futbolçular özlərinin kiçik parçasını belə fəda etmək fikrindən uzaq idilər.
Komandamız mövsümün ən pis oyunlarından birini keçirdilər. Futbolçularımızın hər hissə 1-2 real təhlükə yaratmağa müvəffəq oldular. Bütövlükdə isə meydanda bakılılar dominantlıq edirdi. Xüsusilə ikinci yarıda dəfələrlə hesabı açmağa yaxın olan meydan sahiblərindən gah bəxt üz döndərirdi, gah da Kamran Ağayev özünəxas “seyv” nümayiş etdirirdi. Bir dəfə isə imdadımıza laynsmanın bayrağı çatdı. Növbəti cinah asmasından sonra rəqib futbolçulardan biri hamıdan hündürə tullanaraq topu qapımıza göndərdi. Amma “ofsayd” qərarı meydan sahiblərinin sevinməsini əngəllədi. Bununla belə, sonadək döyüşən bakılılar qələbəni qopara bildilər. Son dəqiqədə “Qarabağ”la oyunda inamsız təsir bağışlayan Tihhon şışovu müdafiənin sağ cinahında əvəzləyən Rahid Əmirquliyevin növbəti dəfə mövqeyini itirməsindən sonra Jaba topu cərimə meydançamıza göndərdi. Həmin gün 29-cu doğum gününü qeyd edən Fabio Luis Ramim nəzarətsiz qalmasından yararlanıb hesabı açdı. Bu həm də son nöqtə idi. Ağasəlim Mircavadov hücumu gücləndirmək məqsədilə Allan Lalinlə Ceyhun Sultanovu meydana buraxsa da, hakimin final fiti onların oyuna qoşulamsına əngəl törətdi.
Beləliklə, “bakı”nın “soyuq duşu” komandamıza baha başa gəldi. Indi “altılıq mərhələsi”nin sürpriz komandası “Qəbələ”ylə səfərdə keçiriləcək oyunda komandamızın işi daha çətin olacaq.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.