Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL-XXVI tur. “Əyalət derbisi”nə “Xəzər Lənkəran” damğası

Ölkənin ən maraqlı “əyalət derbisi” həm son iki oyunda cəmi 1 xal qazanmış “Xəzər Lənkəran”, həm də final mərhələsinin ilk üç turunda hesabına cəmi 1 xal əlavə etmiş “Qarabağ” üçün böyük turnir əhəmiyyəti daşıyırdı. Gərginliyi son həddə çatan matçda rəqiblər son saniyələrədək mübarizə apardı və yalnız Rəşad Sadıqovun son cərimə vuruşundan sonra qələbnin komandamıza qismət olacağı müəyyənləşdi. Daha rahat qələbə qazanmaq məcburiyyətində olan “ağ-yaşıllar” həyacan və sinirlərinin öhdəsindən gələ bilməyərək tribunalarda müdhiş atmosfer yaratmış tərəfdarlarının ürəyini ağzına gətirsə də, uğursuz gedişə son qoyub çempionat oyunlarında ardıcıl dörd “Qarabağ” yenilgindən sonra qələbə qazandılar.
Oyun başlar-başlamaz müdafiəmizdəki boşluqdan yararlanan ağdamlılar böyük təhlükə yaratdılar. Müdafiəçilərimizin arasından sıyrılaraq yaxın məsafədən zərbə mövqeyinə çıxan Əfran İsmayılovun zərbəsi qapıdan azca aralı keçdi. Lakin sonra futbolçularımız meydan sahibinin kimliyinə aydınlıq gətirdilər. Üstünlüyü təmamilə əla alan “Xəzər Lənkəran” cərimə meydançası qarşısında iki müdafiə səddi qurmuş “Qarabağ”ın qapısına yol axtarmağa başladı. Bu dəqiqələrdə zədəli Junior Osvaldo və xüsusilə Denis Kalinkovun yeri görünürdü. Futbolçularımız çətinliklə olsa da, bir neçə dəfə hesabı açmağa yaxın oldular. “İkinci mərtəbə”nin ağası Emeka Oparanın təhlükəli baş zərbəsi qapının üstündən keçdi. Az sonra zədəsini sağaltdıqdan sonra ilk dəfə start heyətində yer almış Dieqo Qusmao (o, sarı vərəqə limitini doldurmuş Rahid Əmirquliyevi əvəzləyirdi) səhnəyə çıxdı – braziliyalı Tihhon Şışovun asması fantastik “qayçı-zərbə”ylə tamamlayarkən azacıq dəqiq olmadı. Bununla belə, komandamız fasiləyədək hesabı aça bildi. Oyunun 43-cü dəqiqəsində millimizin müdafiəçisi maksim Medvedev topun auta çıxmasının qarşısını almaq istərkən mario Souzaya ötürmə verdi. Braziliyalı bir qədər irəliləyərək topu İvan Svetkovun önünə atdı. Artıq iti bucaq altında və müəyyən mənada səmərəsiz vəziyyətdə qalmış bolqarın imdadına yenə Maksim çatdı. Səhvini düzəltməyə çalışan gənc müdafiəçi bolqar futbolçumuzu sürüşmə fəndi hesabına dayandırmaq istərkən penaltiyə səbəb oldu. Zərərçəkmiş topu və rəqib qapıçını müxtəlif künclərə göndərərək fürsəti qaçırmadı.
Fasilədən sonra komandalar oyuna mərkəz uğrunda mübarizəylə başladılar. Epizodların birində isə futbolçumuzu qabaqlayaraq topu geri ötürməyə çalışan ağdamlı futbolçu əksər vaxt topsuz darıxan Oparanı tapdı. “Nigeriyalı qladiator” bir toxunuşla Marionu boş zonaya çıxardı. SuperMario 20-25 metr irəlilədikdən sonra çevik hərəkətlə iki müdafiəçidən sıyrılıb yaxın küncə əla zərbə endirdi – 2:0.
Artıq tribunalar ayaqdaydı. Az qala ekstaz yaşayan azarkeşlərimizin ifasında Meksika dalğası göz oxşayırdı. Stadionda inanılmaz atmosfer hökm sürürdü. Çoxları komandamızın belə üstünlük sayəsində demoralizə olmuş rəqibi darmadağın edəcəyini düşünsə də, Qurban Qurbanovun yetirmələri əsl xarakter nümayiş etdirdilər. Düzdü, bunda onlara heç də vacib olmayan qol kömək etdi. Döyüşə yeni atılan Elvin Məmmədov Tihhon Şışovun ani diqqətsizliyindən yararlanıb Kamran Ağayevin qapı meydanı qarşısında Georgi Adamiyanı tapdı. Gürcü futbolçu fərqi azaltdı və komandasına ümid verdi.
Hələ oyunun sonuna təxminən yarım saat qalırdı. Amma futbolçularımız sonadək özünə gələ bimədilər və qalan dəqiqələr qonaqların böyük üstünlüyü şəraitində keçdi. “Qarabağ” bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsa da, nə Adamiya sol cinahdan superkeçidini qolla tamamlaya bildi, nə də Rəşad Sadıqov təhlükəli məsafədən vurduğu cərimə zərbəsindən uğur qazandı.
Son dəqiqələrdə açıq-aşkar va-banka gedən “Qarabağ” meydanda az qala 4-5 forvardla oynayırdı. Bu isə futbolçularımıza yaxşı əks-hücum şansları yaradırdı. Təkcə Opara iki dəfə Souzanı üçüncü qolu vurmağa dəvət etdi. Lakin ilk epizodda inanılmaz qolu qaçırdan braziliyalı son dəqiqələrdə topu saxlamadan əla zərbə vursa da, qapıçı Fərhad Vəliyev inamlı oynadı. Bununla belə komandamız qələbə hesabını qorumaqla hesabına çox vacib üç xal yadı və ən önəmlisi, birdəfəlik olaraq “Qarabağ” sindromundan qurtuldu.
“Xəzər Lənkəran” aprelin 11-də növbəti turda Bakıda çempion “Bakı”nın qonağı olacaq.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.