Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL-XXIX tur. Opara xilaskar rolunda

“İnter”lə oyunda komandamız qələbə sayəsində çempionluq yolunda böyük addım ata bilərdi. Lakin inanılmaz fürsətlərin qaçırılması, üstəlik, oyunun məntiqi axarına uyğun olmayan qolların buraxılması şıdırğı yağışa rəğmən tribunaları ağzınadək doldurmuş azarkeşlərin arzusunu gözündə qoydu. Çempionluğa iddialı “Bakı”nın “Neftçi”ylə “sülh” bağlamasının ardından “Xəzər Lənkəran” da son anda vurulan qol sayəsində heç-heçəyə sevinməli oldu. Turnir cədvəlində status-kvo qorundu – lider “Xəzər Lənkəran” paytaxt komandalarından “İnter”i 1, “bakı”nı isə 2 xal qabağlayır. Çempionatın sonuna isə cəmi üç oyun qalıb.
Rəqiblərin oyuna ehtiyatlı başlayacağını düşünənlər yanılırmış – meydan sahibləri referi Anar Salmanovun start fitindən dərhal sonra irəli atıldılar. Komandamız ortaya elə sürət qoymuşdu ki, qonaqlar dərhal meydanın mərkəzini futbolçularımızın ixtiyarına verməli və yalnız müdafiə haqda düşünməli oldular. “Xəzər Lənkəran”ın bir neçə təhlükəli həmləsi nəticəsiz qalsa da, “bankir”lər ilk əks-hücum zamanı hesabı açdılar: komandamızın cərimə meydançasında topu arxası qapıya qəbul edən Robertas Poşkus Branislav Çervenkanı zərbə mövqeyinə çıxardı. Çexiyalı yarımmüdafiəçiyə heç kim mane olmasa da, onun zərbəsi güclü alınmadı. Digəl ki, topun qarşısını almağa çalışan Ruslan Poladov qapıçımızı dezorientasiya etməklə torumuzun silkələnməsinin səbəbkarlarından oldu.
Yaxşı ki, oyunun axarı dəyişmədi. Komandamız hissənin lap sonunda hesabı bərabərləşdirənədək ardıcıl hücumlar etdi və əslində, Kristian Kabral, Emeka Opara, Allan Lalin və hətta mərkəz müdafiəçimiz Elvin Beçiri hesabı çoxdan bərabərləşdirməli idilər. Bu dəqiqələrdə “ağ-yaşıllar” total bəxtsizliyin qurbanına çevrilmiş, zavallı azarkeşlər isə bir qaçırılmış epizodun üzüntüsünü yaşamamış, növbəti uğursuzluq haqda kədərlənməli olurdular. Nəhayət, 44-cü dəqiqədə Mario Souzayla divar pası oynayaraq cərimə meydançasına daxil olan komandamızın ən yaxşı bombardiri olan Lalin kobudluqla dayandırıldı və bundan təxminən 10-12 dəqiqə öncə rəqibimizin cərimə meydançasındakı qayda pozuntusunu qaçırmaqla tribunaların qulaqbatırıcı uğultusunu eşitməli olmuş referi dərhal “nöqtə”ni göstərdi – 39-cü dəqiqədə Kristianı əvəzləmiş Svetkov qapıçıyla topu müxtəlif künclərə yolladı – 1:1.
Komandalar fasiləyə yollanarkən hamı razılaşırdı ki, “şeytanın qıçını qarmağı” bacaran “Xəzər Lənkəran” yorulmasa, “İnter”i Bakıya kor-peşmən yola salacaq. Axı ilk yarının sonunda tabloda “birlər” işıldasa da, futbolçularımız elə səviyyəli və sürətli futbol ortaya qoymuşdular ki, hətta matçdan sonra oyunu stadiondan izləyən milli komandamızın baş məşqçisi Berti Foqts təriflər yağdırmaqdan yorulmamışdı.
Amma gözlənilən olmadı. İkinci hissə başlayan kimi, “İnter”in heç bir ciddi təhlükə vəd etməyən hücumu qolla nəticələndi – Poşkus sağ cinahdan ötürməni bir toxunuşla uzaq küncə göndərdi. Stadiona sakitlik çökdü; bütün planlar pozulmuşdu – meydana ikinci, üçüncü qolları vurmağa çıxan futbolçularımız yenə hesabda məğlub durumdaydılar.
“İnter” ilk yarıdaki kimi oynamadı. Futbolçularımızın çaşqınklığından, daha sonra isə meydanın ağırlaşmasından istifadə edən qonaqlar topa daha çox nəzarət etməyə və imkan düşən kimi əks-hücuma keçməyə çalışırdılar. Həqiqət naminə qeyd edək ki, əgər ilk hissədə hamı “Xəzər Lənkəran”ın qol vuracağı anı gözləyirdisə, ikinci 45 dəqiqə əksinə - hamı bərabərlik qolundan çox, üçüncü topu buraxmamaq barəsində düşünürdü. Qonaqlar bir neçə dəfə əlverişli fürsəti əldən vüerdilər. Matçın son dəqiqələrində isə Emeka yavaş-yavaş fiaskoyla barışmağa və stadionu tərk etməyə başlayan azarkeşləri cuşa gətirdi. Beçirinin asmasından sonra iki-üç müdafiəçinin arasında hamıdan hündürə tullanan nigeriyalı forvard ənsəsiylə topu Georgi lamayanın başı üzərindən tora göndərdi və komandamıza çox önəmli xal və hətta xallar (“Xəzər Lənkəran”ın bir xal qazanmasıyla yanaşı, bu qolun “İnter”dən iki xal aldığını də unutmayaq) qazandırdı.
Artıq qeyd etdiyimiz kimi, turnir cədvəlində status-kvo qorundu. İlk “altılıq”da bütün qarşılaşmalar heç-heçə bitdiyindən cədvəldə yerdəyişmələr olmadı. Sona isə cəmi üç tur qalır. “Xəzər Lənkəran”ı isə ardıcıl iki səfər derbisi gözləyir – mayın 1-də Bakıda keçiriləcək “Böyük oyun”un ardından komandamız Ağdamın Quzanlı qəsəbəsinə - “əyalət derbisi”nə yollanacaq.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.