Referi – Vüsal Əliyev

Hakimlər Komitəsi Azərbaycan Kuboku uğrunda oyunların 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Çərşənbə günü – martın 17-də keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” oyunu referi Vüsal Əliyevə tapşırılıb. Referiyə laynsmanlar - Ramiz Əsədovla Azad Q.Hüseynov və “dördüncü” Ceyhun Haşımov yardım edəcəklər. Oyunun hakim-inspektoru Gülağa Cabarov, AFFA nümayəndəsi isə Məmmədəli Məmmədov olacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu “Xəzər Lənkəran” stadionunda keçiriləcək və saat 18.00-da başlayacaq.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.