Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL-XXIV tur. Penalti üç xalı “İnter”ə verdi

“Xəzər Lənkəran” referi Fariz Yusifovun şübhəli penalti qərarıyla buraxdığı qolun əvəzini çıxa bilməyərək “İnter”ə məğlub oldu. Vahid liderlik uğrunda matçın böyük hissəsində səfərdə oynamasına baxmayaraq üstün tərəf təsiri bağışlayan “ağ-yaşıllar” Bakıdan əliboş dönməli oldular – 0:1.
“İnter”lə ötən ilin sonu ölkə çempionatının təsnifat mərhələsində Bakıda keçirilımiş oyunda da hesab ilk dəqiqələrdə açılmışdı. O vaxt oyuna fəal başlayan komandamız əla kombinasiyanı qolla tamamlaya bilmişdi. Bu dəfə də rəqiblər azarkeşləri erkən qolsuz qoymadı. Sadəcə olaraq hesabı “bankirlər” açdı. Artıq 3-cü dəqiqədə rəqib hücumçunu qabaqlayaraq onunla təmasda olmadan yerdə qalan Tihhon Şışovun hərəkətləri referiyə penalti nöqtəsini göstərmək üçün yetərli oldu və Petar Zlatinov fürsəti qaçırmadı. Bu qoldan sonra komandamız təşəbbüsü təmamilə ələ alarkən, meydan sahibləri hücum haqda düşünmədən geri çəkildilər və yalnız oyunun sonlarına yaxın futbolçularımızın yorğunluğundan yararlanan “İnter”lilər bir neçə təhlükəli hücum qura bildilər.
Meydana zədəli Junior Osvaldo və Denis Kalinkovsuz çıxan komandamız isə istənilən qədər kəsərli hücumlar qura bilməkdə çətinlik çəkdi. Bununla belə İvan Svetkov ikinci yarının əvvəllərində qapı dirəyini nişan aldı. Halbuki həmin epizodda bolqar futbolçumuz cərimə meydanında kobudluqla üzləşməsəydi hesab bərabərləşəcəkdi. Lakin qol alınmadı. Ən önəmlisi isə hakim də fol edən müdafiəçini cəzalandırmadı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Fariz Yusifov bu oyunda sanki ikili standartlar tətbiq edirdi – anoloji sərtlik bizim müdafiəçilər üçün qayda pozuntusu kimi dəyərləndirilir, rəqib futbolçular üçünsə problem yaratmırdı. Bu minvalla “ağ-yaşıllar” yorulanadək meydan sahibləri qayda pozmaq üstünlüyündən rahatca yararlanırdı. Hələ üstəlik onların dayanmadan vaxt uzatmaq cəhdləri də cəzasız qalırdı. Oyun ərzində “bankirlər” 13 dəqiqəni “yeməyə” müvəffəq oldular. Hakim isə buna görə onları yalnız bir dəfə cəzalandırdı.
Beləliklə, “Xəzər Lənkəran” turun mərkəzi görüşündə məğlubiyyətlə barışaraq “İnter”in vahid liderliyə yüksəlməsini əngəlləyə bilmədi. Komandamız növbəti görüşünü martın 27-də öz meydanında “Neftçi”yə qarşı keçirəcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.