Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – XXIII tur. “Qəbələ” üzərində qələbə şousu

“Xəzər Lənkəran”ın “altılığ”ın autsayderi “Qəbələ”yə qalib gələcəyi gözlənilsə də, rəqibin darmadağınla yola salınacağı əsl sürpriz oldu. Bu qələbə sayəsində “ağ-yaşıllar” mövsümdə ilk dəfə turnir cədvəlinin zirvəsinə sahib çıxdılar.
 
Ramiz Məmmədovun inadkarlığı və əzmkarlığıyla seçilən komandası təsnifat mərhələsinin 22 oyununda qapısından cəmi 24 qol buraxmışdı. Özü də bu qollardan yeddisi mövsümün əvvəlində - sentyabrda keçirilmiş “Karvan” (1:4) və “İnter” (2:3) matçlarına təsadüf etmişdi. O vaxtdan bəri isə qəbələlilər ən pis halda iki qol buraxırdılar və müdafiə olunmaq bacarığını ortaya qoymuşdular. Adicə bir faktı vurğulayaq ki, cari mövsüm “Qəbələ”ylə iki oyunda komandamız cəmi iki qola sevinmişdi. Düzdü, əvvəlki oyunlarda kifayət qədər qol imkanımız olsa da, bunlardan yararlanmaq faizi aşağı idi. Bu dəfə isə əksinə oldu – futbolçularımız elə də çox qol şansı yaratmasalar da, yüksək məhsuldarlıq göstərərərk cari mövsüm ilk dəfə bir oyunda dörd qol vurdular.
Yenə Kamran Ağayev və Denis Kalinkovsuz oynamaq məcburiyyətində qalan“ağ-yaşıllar” ilk dəqiqələrdən təşəbbüsə yiyələnsələr də, Lənkərandan xal aparacağını söyləyən Ramiz Məmmdovun yetirmələri pressinq tətbiq etməklə futbolçularımızın meydanboyu irəliləməsini çətinləşdirmişdi. Bununla belə, komandamız sürəti azca artıran və ya hiyləgər ötürmələri dəqiq ifa edən kimi rəqib qapısı qarşısında təhlükə yaranırdı.
İlk real təhlükə sol cinahdan uzun ecazkar ötürməylə Allan Lalini zərbə mövqeyinə çıxaran Emeka Oparanın “memarlığı” sayəsində yarandı. Düzdü, topa yetişmək üçün sürətlə şığıyan honduraslı “mərmi”ni ürəyi istədiyi kimi ram edə bilmədi və ikinci toxunuşla iti bucaq altından vurduğu zərbə qapının üstündən keçdi. Az sonra İvan Svetkov gözəl və dəqiq ara ötürməylə yenə Lalini “səhnə”yə, daha doğrusu qapıçıyla üzbəüz çıxardı. Lakin son anda Lyubo Baranin sürüşərək topu Lalinin ayağından çıxardı. Özünü yetirən Opara topun meydanı tərk etməsini əngəllədi və onu qapının bir metrliyində dayanan Lalinə qaytardı. Müdafiəçiləri qabaqlayan latınamerikalı hesabı açmağ şansını qaçırmadı – 1:0.
Qonaqlar bir qədər fəallaşıb hücuma vaxt və diqqət ayırmalı oldular. Müdafiəçilərimizin bir qədər inamsız davranması qəbələlilərin bir neçə dəfə təhlükə yartmalarıyla nəticələndi. Epizodların birində Tomas Stolpanın baş zərbəsi tirin az üstündən keçdi. Bütün səylər nəticəsiz qaldığından fasilə zamanı tabloda “1:0” göstəricisi yanırdı.
İkinci yarı isə “Xəzər Lənkəran”ın benefisinə çevrildi. Düzdü, qeyd etməliyik ki, ikinci top vurulanadək oyun oxşar ssenari üzrə davam edirdi. Lakin həmin axşam əla matç keçirən Emekanın inadkarlığı bəhrəsini verdi.Tihhon Şışovun dəqiq asmasını başıyla ram edən Emeka iti küncdən qapını nişan aldı. Lakin Pavels Doroşevs topu qaytarmağa müvəffəq olduş Amma Emeka iki müdafiəçidən daha çevik tərpənərək topu uzaq küncə göndərdi. Orada isə hamını... yenə Lalin qabaqladı – 2:0. Beləcə, Allan mövsüm ərzində üçüncü dəfə dubl etməklə komandamızın ən yaxşı b ombardiri ünvanını özünü qaytırdı. Eyni zamanda hələ ötən il dekabrın 19-da Lalinin penalti vuruşunu dəf edərək onun yeddinci qolunu əngəlləyən Doroşevs bu dəfə “borcunu” artıqlamasıyla geri götürməli oldu.
Bundan sonra isə “Qəbələ” oyunun ipini təmamilə əldən verdi. Lalinin “dubl”unda böyük payı olan Opara bu dəfə özü fərqləndi. Svetkovdan ötürmə alan nigeriyalı qapıçını da uzadıb boş qapını nişan aldı – 3:0. Altı dəqiqə sonra müdafiəçi və qolkiperimizin rahatlaşmasından yararlanan qon aqlar bir qolun əvəzini çıxsalar da, darmadağından yaxa qurtara bilmədilər. Çünki hələ də otynamağa tam hazır olmayan, lakin formasını itirməmək üçün son dəqiqələrdə meydanda görsənən Denis Kalinkova status-kvonu bərpa etmək üçün cəmi 9 dəqiqə kifayət etdi – 4:1.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.