Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran” stadion və azarkeş cəzasından qurtuldu

İntizam Komitəsinin qərarlarına görə, “Xəzər Lənkəran” ümumilikdə 35 min manat məbləğində cərimə edilsə də, stadion və azarkeş cəzasından qurtula bilib.
Dünən İntizam Komitəsinin uzun sürən iclasının əsas hissəsi ötən turun qalmaqalla nəticələnmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununa həsr olunub. Ümumilikdə 35 min manat məbləğində cərimə edilən klubumuz, eyni zamanda baş məşqçisini də itirib. Daha doğrusu, Ağasəlim Mircavadov qarşıdakı dörd oyunda texniki zonada yer ala bilməyəcək. Anoloji cəzaya klubumuzun mətbuat katibi Tural Əsgərov da məruz qalıb. İntizam Komitəsi “Xəzər Lənkəran” mərkəzi stadionunun direktoru Höccət Hacıyevi isə daha sərt şəkildə cəzalandırıb – klub rəsmisi 10 oyunluq kənarlaşdırmaya mıəruz qalıb. Oyunun 90+1-ci dəqiqəsində «Xəzər-Lənkəran»ın müdafiəçisi Ruslan Poladov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiyaya məruz qalıb, klub isə iki min manat cərimə olunub.
Bundan başqa, «Xəzər-Lənkəran» - «Neftçi» oyunu zamanı stadionda ictimai asayiş və təhlükəsizlik təmin olunmadığı üçün klubumuz beş, oyun zamanı futbol meydanına və qaçış zolağına kənar əşyalar atıldığına görə iki, matçda klubun məşqçi və nümayəndələri texniki zona qaydalarını pozduğu üçün iki, oyun zamanı stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyi üçün səkkiz min manat cərimə olunub.
İntizam Komitəsi «Xəzər-Lənkəran» klubunun növbəti ev oyunlarında təhlükəsizlik tədbirlərinə riayət olunmayacağı təqdirdə klubun daha ciddi cəzalandırılacağını da bildirib. Eyni xəbərdarlıq komandamızın baş məşqçisi Ağasəlim bəyə də edilib.
Bununla belə, “Xəzər Lənkəran” stadion və azarkeş cəzasından qurtula bilib. Bu isə o deməkdir ki, komandamız növbəti ev oyunlarımnı da doğma Lənkəranda, doğma azarkeşlərinin dəstəyi altında keçirə biləcək.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.