Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran” – “Neftçi”: komandamıza qarşı qərəzli anlar (VIDEO)

Mübahisəli, əslində isə “Xəzər Lənkəran”a qarşı hakim qərəzini aşkar biruzə verən epizodlarla zəngin “Xəzər Lənkəran” – “Neftçi” oyunundan seçdiklərimiz bəzi anları ixtiyarınıza təqdim edirik. Baxın və anlayın ki, “Xəzər Lənkəran” iki baş üstün olduğu “Neftçi”ni necə məğlub edə bilmədi!
 
Videoçarxa izah:
- Svetkovun kornerdən havalandırdığı topu Opara başıyla rəqib qapısına göndərir – referi Əfqan Həmzəyev öncə mərkəzi göstərsə də, təxminən 30 saniyə sonra laynsman Roman Vasilyevin bayrağını qaldırmasını əsas gətirib, qol qərarını ləğv edir;
- top komandamızın cərimə meydançasının yaxınlığında “Neftçi”nin futbolçusu Rəşad Abdullayevdən auta çıxsa da, laynsman Mübariz Həşimov bayrağını qaldırmır, bir neçə saniyə sonra isə futbolçumuzun qayda pöozuntusunu qeydə alaraq Həmzəyevin təhlükəli cərimə zərbəsi təyin etməsinə əsas verir;
- meydanın mərkəzində Mario Souza rəqib futbolçuyla top uğrunda mübarizəyə girişərkən “mərmi”yə daha yaxın olmasına baxmayaraq hakim “Neftçi”nin lehinə qərar çıxarır;
- Kristian Kabralın asmasından sonra Opara rəqib qapıçı – Paulius Qribauskas və Rail Məlikovla hava mübarizəsinə qoşulur. Top qapıçıdan meydana dönür və Souza onu qapı toruna qovuşdurur. Bundan sonra isə Rail simulyasiya edərək yerə yıxılır – referinin qərarı yenə “Neftçi”nin xeyrinə olur, qol hesaba alınmır;
- “Neftçi” cərimə vuruşu yerinə yetirir. Komandamızın cərimə meydançasına göndərilmiş top uğrunda mübarizədə rəqibin gürcü müdafiəçisi Valeri Abramidze futbolçuya yaraşmayan şəkildə İvan Pexaya qarşı ifrat kobudluq nümayiş etdirir, dirsəyi ilə kürəyinə vurur. Referi nəinki fol qeydə alır, hətta rəqibin lehinə künc zərbəsi təyin edir;
- Tihhon Şışovun ötürməsini əla qəbul edərək bir toxunuşdaca önünə atan və qapıçıyla təkbətək çıxmağa hazır olan Marionun qarşısını Abramidze alır. Aşkar sonuncu ümid foluna baxmayaraq, referi Həmzəyevin fiti susur. Maraqlıdı ki, o heç futbolçumuza da simulyasiyaya görə xəbərdarlıq etmir;
- Azarkeş meydana çıxır. Amma referiyə fiziki təsir edə bilmədən zərərsizləşdirilir. Bu an lüzumsuz şəkildə meydana daxil olan oyunun AFFA nümayəndəsi Namiq Məstanov polislərin qollarını buraraq meydandan çıxardığı azarkeşə əl atır və bununla, emosiyaları aşıb-daşan tribunaları daha da hiddətləndirir, qızışdırır;
- Opara ara ötürməylə rəqibin cərimə meydançasının həndəvərində Souzanı tapır. Braziliyalının asması isə “Neftçi”nin gənc müdafiəçisi Ruslan Abuşovun əlinə dəyir – fit bu dəfə də susur və ... ötən tur şübhəli penalti sayəsində məğlub olan “Xəzər Lənkəran”ın əlindən iki xal alınır
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.