Azarkeşlər “Xəzər Lənkəran”ı qitə kuboklarının qrup mərhələsində görür

“Xəzər Lənkəran”ın rəsmi saytının oxucularının fikrincə, komandamız hazırkı heyətlə Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsinə düşməyə qadirdi.
 
Saytımızın “Sorğu” bölməsində 404 nəfər respondent “Fikrinizcə “Xəzər Lənkəran” hazırkı heyətlə hansı uğura imza atmağa qadirdir?” sualına cavab verib. Böyük çoxluq – oxucularımizin az qala yarısı (42% - 170 nəfər) hesab edir ki, komandamızın hazırki heyəti kifayət qədər rəqabətə dözümlüdü və futbolçularımızın potensialı onlara qitə kuboklarına vəsiqə qazanaraq orada qrup mərhələsini hədəfləməyə imkan verir.
 
Respondentlərin 22%-i (89 nəfər) “Xəzər Lənkəran”ın hazırkı potensialının ölkə çempionluğuna, 17%-i (68 nəfər) daxili yarışlarda titul qazanmadan avrokuboka yüksəlməyə, 11%-i (45 nəfər) isə ölkə kubokunu başı üzərinə qaldırmağa çatdığını düşünür. Daha 8% (32 nəfər) insan isə “Xəzər Lənkəran”ın gücünün qitə kuboklarında mərhələ adlamağa çatdığını hesab edir.
 
İndi isə “Sorğu” bölməsinə yerləşdirilən növbəti sualımızla tanış olun: 2009/10 mövsümündə “Xəzər Lənkəran”ın ən yaxşı transferi kimdir?
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.