Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

AK - 1/4 final. “Xəzər Lənkəran” Quzanlıda qol vurdu, amma yenə uduzdu

Azərbaycan Kuboku uğrunda turnirin 1/4 final mərhələsinin ilk oyununda “Xəzər Lənkəran” çətin Quzanlı səfərində məğlub olsa da, mərhələ adlamaq şansını qoruyub. Komandamız minimum vəzifənin öhdəsindən gələrək səfərdə vacib qola imza atıb.
Ağdamın Quzanlı qəsəbəsində keçirilən matç zədəli Kamran Ağayevlə Denis Kalinkovun yoxluğuna baxmayaraq “ağ-yaşıllar” üçün əla başladı. Futbolçularımız sanki öz meydanında oynayırmış kimi dərhal irəli atılıb xoşbəxtliyi rəqib qapısı önündə axtarırdı. Artıq 19-cu dəqiqədə rəqibin cərimə meydançasının küncündə topa yiyələnən Emeka Opara reaktiv zərbəylə uzaq küncü nişan aldı. Nigeriyalının zərbəsi Azərbaycan millisində qapıçımız Kamran əvəzedicisi olan Fərhad Vəliyev üçün qarşısıalınmaz oldu. Beləcə, bu stadionda keçirdiyi üçüncü oyunda ilk dəfə qola sevinən “Xəzər Lənkəran” kubok qarşılaşmalarında böyük önəm kəsb edən səfər qolu saəyəsində həm hesabda irəli çıxdı, həm də əlavə psixoloji üstünlük qazandı. Bu dəqiqələrdə vəziyyətdən yararlanıb hücumların kəsərini daha da artırmaq lazım olsa da, futbolçularımızın fəallığı azaldı. Daha ehtiyatlı oynayan “ağ-yaşıllar” güclü küləyin “lehimizə” əsməsindən yararlanmayaraq “Qarabağ”a fasiləyə minimal məğlubiyyətlə yollanmağa imkan verdilər. Bu vaxt heç kimin ağlına belə gəlmirdi ki, fasilədən sonra ağdamlıların “küləklə dostluğ”u qonaqların kefinə əməlli-başlı soğan doğrayacaq.
Bütün gücüylə irəli atılan meydan sahibləri tezliklə tablodakı rəqəmləri eyniləşdirdilər. Hücuma qoşulamağı sevən Rəşad Sadıqov qapımızdan təxminən 35 metrlik məsafədə qazandığı cərimə zərbəsini fantastik şəkildə tamamladı. Dmitriy Kramarenkoya küləyin axınına düşərək qısa olmayan məsafəni bir göz qırpımında qət edən topun uzaq doqquzluğa daxil olmasını seyr etmək qaldı. “Qarabağ” ilk yarıda fərqləndikdən sonra sakitləşən futbolçularımızdan nümunə götürməyi düşünmədiyindən qapımız qarşısında təhlükəli vəziyyətlər bir-birini əvəz edirdi. Bu dəqiqələrdə “Xəzər Lənkəran”lı futbolçuların meydanda nə ilə məşğul olmaları aydın deyildi. İkinci 45 dəqiqə ərzində oyunçularımızın gücü yalnız iki künc zərbəsi qazanmağa kifayət etdi. Emeka isə ümumiyyətlə topa həsrət qalmışdı; yarımmüdafiəçilərimiz küləyin öhdəsindən gələ bilmədilər.
Ümid yalnız heç-heçəyə idi. Hər şey buna doğru gedirdi. Əvvəlcə rəqibin danılmaz lideri Rsadıqovun zərbəsi qapımızdan aralı keçdi. Az sonra müdafiəçilərimizin səhvindən yararlanaraq cərimə meydançasında Dimayla üzbəüz qalan Georgi Adamiya əla fürsəti qaçırmaqla “Qarabağ”ın formasında debütünü mühüm qolla yumaq şansını əldən verdi. Hakimin əlavə etdiyi üç dəqiqə də başa çatmaq üzrə idi ki, fasilədə Ramazan Abbasovu əvəzləyən Nizami Hacıyevin lüzumsuz folu sayəsində ağdamlılar daha bir cərimə zərbəsi imkanı qazandılar. Və yenə Rəşad... Onun düz qapımız qarşısına göndərdiyi top küləyin təsirindən anlaşılmaz trayektoriya şızaraq Elvin Beçirinin səhviylə nəticələndi. Topu uzaqlaşdıra bilməyən albaniyalı mərkəz müdafiəçimiz həmyerlisi və həmkarı Admir Teliyə inanılmaz hədiyyə etdi. Qışda Georgi Adamiyanın transferinədək “Qarabağ”ın yeganə legioneri statusunu daşıyan Admir son saniyələrdə qələbə topunu vurmaqla cavab oyunundan öncə komandasını daha əlverişli vəziyyətə gətirdi.
Beləliklə, “Xəzər Lənkəran” bu dəfə Quzanlıda qola sevinsə də, bu arenanı ardıcıl üçüncü dəfə başaşağı tərk etməli oldu. Ən acınacaqlısı isə odur ki, futbolçularımız yenə son dəqiqələrdə sərfəli hesabı qoruya bilmədilər. Lakin cari mövsüm hələlik bizim üçün uğursuz davam edən (1 heç-heçə və 2 məğlubiyyət) “Xəzər Lənkəran” – “Qarabağ” qarşıdurmasının apogeyi irəlidədi. Cəmi səkkiz gün sonra Lənkəranda kubokun cavab görüşündə üz-üzə gələcək rəqibləri Premyer liqanın final mərhələsində də iki vacib duel gözləyir.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.