Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

AK – 1/4 final. “Qarabağ” üçün “quru yarpaq”

“Xəzər Lənkəran”la “Qarabağ” arasındakı qarşıdurmanın taleyini Kristian kabralın inanılmaz “quru yarpağ”ı həll etdi. Oyunun əvvəlində mükəmməl şəkildə yerinə yetirilmiş künc vuruşu ağdamlıları titulu itirməklə barışmağa məcbur etdi, “ağ-yaşıllar”ı isə yarımfinala daşıdı.
Oyunun ilk dəqiqələrində futbolçularımızın davranışında sinirlilik hiss olunsa da, tezliklə üstünlüyə yiyələndik. Ardıcıl hücumlar məntiqi sonluğa 17-ci dəqiqədə çatdı. Yenə meydanda ən yaxşılardan olan Emeka Oparanın zərbəsinin qarşısını almaq üçün onun ayaqları altına yıxılan müdafiəçiyə dəyən top qapı xəttindən çıxdı. Zədələnənrək iki həftəliyə sıradan çıxan Junior Osvaldonun yoxluğuna künc zərbələrini ifa edən Kabral isə tribunalara toplaşmış azarkeşləri ayağa qaldırdı. Uzaq küncə fırladılmış top “Qarabağ”lı müdafiəçilər və qapıçının müşaiyyəti ilə tora daxil oldu.
Oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov tez qolun onların planlarını pozduğunu etiraf etdi. Ağasəlim Mircavadov isə əksinə bu qolun futbolçularına əlavə psixoloji üstünlük qazandırdığını söylədi. Axı bu nəticə səfərdə qol vurmağı bacarmış “Xəzər Lənkəran”ı yarımfinala aparırdı. Doğrudan da, hissənin sonuna kimi komandamız üstünlüyü əldən vermədi. Müdafiədə bəzən kobudluq həddinə çatan sərtliklə oynayan “Qarabağ”ın gücü nadir hücumlara çatırdı. Amma qeyd etmək lazımdı ki, qonaqlar bir dəfə olsun belə yenidən meydana dönmüş kamran Ağayevi ciddi şəkildə narahat edə bilmədilər.
İkinci yarıda maraqlı səhnə yaranmışdı. Komandalar həm qol vurmaq üçün irəli getmək istəyir, eyni zamanda qol buraxmamaq üçün ehtiyatı əldən vermirdilər. Amma ərazi üstünlüyü komandamızın tərəfində idi. Müəyyən zaman kəsiyində ağdamlılar topa daha çox nəzarət etsələr də, futbolçularımızın hücumları daha kəsirli alınırdı. Düzdü, real qol vəziyyətlərinə gəlincə, hər iki tərəf defisitlə üzləşmişdi. 65-ci dəqiqədə isə oyun ərzində referi Vüsal Əliyev tərəfindən təxminən 5-6 dəfə şifahi şəkildə xəbərdarlıq alan Elnur Allahverdiyev yenə aşkar kobudluq etdi. İki ayaqla Tihhon Şışovun üzərinə atılan milli futbolçu ikinci sarı vərəqəyə layiq görülərək komandasını azlıqda qoydu. Amma itirməyə heç nəyi qalmayan “Qarabağ” yenə təslim olmadı. Bu dəqiqələrdə futbolçularımız da say üstünlüyündən yararlanıb ikinci qolu vurmağa çalışırdılar. Lakin son ötürmələrdə dəqiqsizlik hesabın sona kimi dəyişməz qalmasını təmin etdi. Son dəqiqələrdə isə “Qarabağ” meydanda 9 nəfərlə qaldı – hakimi təhqir etdiyinə görə milli komandamızın daha bir futbolçusu - Rəşad Sadiqovun qarşısında da qırmızı işıq yandı.Həmin an ağdamlıların etirazını görməyə dəyərdi. Az qala üsyan etməyə hazır olan qonaqlarhakimin sərt qərarlarıyla barışmaq istəmirdilər. Amma ədalət naminə qeyd etmək lazımdı ki, FİFA referisi Vüsal əliyev və köməkçiləri bu oyunda səhv etdilərsə belə, bu ilk baxışda yadda qalmayan xırda xətalar idi. Heç kim hakimlər briqadasını cidi və ya oyunun nəticəsinə təsir etmiş səhvlər buraxmaqda suçlaya bilməz.
Beləliklə, dramatikliyi ilə yadda qalan “Qarabağ” – “Xəzər Lənkəran” dueli komandamız üçün uğurlu nəticələndi. 5 oyun sonra (1 heç-heçə, 4 məğlubiyyət) Ağdam klubunu üstələməyi bacaran “ağ-yaşıllar” adını ölkə kubokunun yarımfinalına yazdırdı. Komandamız 27 aprel və 5 may tarixlərində “Olimpik-Şüvəlan”la oyunlarda ölkə kubokunun finalçısının adına müəyyənlik gətirəcəklər.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.