Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran” Zaqatalada “altılığ”a düşdü

Dünən “Xəzər Lənkəran” ağır Zaqatala səfərini üç xalla tamamlamağı bacararaq təsnifat mərhələsinin sonuna üç tur qalmış “altılığ”a düşmək problemini həll etdi. Bunadək öz meydanında yalnız “Bakı”ya uduzmuş “Simurq” komandamızla oyuna ölüm-dirim mübarizəsi kimi çıxsa da, Junior Osvaldo, ardınca isə Kristian Kabralın uzaq məsafələrdən vurduğu qollar meydan sahiblərini “altılıq”dan kənarda qalmaq təhlükəsi ilə üz-üzə qoydu.
Oyunun ilk dəqiqələrdən komandamızın ərazi üstünlüyünə yiyələnməsi futbolçularımızın ustalıq səviyyəsinin daha yüksək olduğunu üzə çıxardı. Sonrakı dəqiqələr də göstərdi ki, “Simurq” yalnız bir komponentdə “ağ-yaşıllar”ı üstələyir – zaqatalalılar fərdi fiziki göstəricilərinə görə futbolçularımızı xeyli qabaqlayırdı. Məhz bu səbəbdən ötənilki bürünc medalçılar yalnız standard vəziyyətlər zamanı qapımız qarşısında təhlükə yarada bilirdilər. Bütünlükdə isə başda yeni İvan Pexa – Elvin Beçiri dueti olmaqla müdafiəçilərimiz “Simurq”un hücumlıarının qarşısını xüsusi çətinlik çəkmədən alırdılar.
Lakin oyunboyu üstünlüyə sahib olmasına baxmayaraq, komandamızın da oyununda bəzi problemlərin olduğunu söyləməliyik. İlk növbədə hücumameylli futbolçularımız arasında anlaşmanın istənilən səviyyədə olmaması aşkar nəzərə çarpırdı. Əsas heyətdə Kristian Kabrala yer verərək “Standard” matçında passiv təsir bağışlayan Mario Souzanı ehtiyata çəkən, Denis Kalinkova isə Allan Lalinin mövqeyini tapşıraraq sağ cinahı Nizami Hacıyevə verən Ağasəlim Mircavadov hücumlarımızın kəsərini artıramaq istəyini gerçəkləşdirə bilmədi. Ötən oyunda olduğu kimi bu dəfə də futbolçularımız oyuna diqtə edib topla istədiyi qədər oynasalar da, son – həlledici ötürmələr hər dəfə qeyri-dəqiq olurdu. Təsadüfi deyil ki, futbolçularımız rəqibin cərimə meydançasına nadir hallarda daxil olurdular və bu zonadan “Simurq”lu qolkiperi narahat edə bilmirdilər. Yalnız bir dəfə - rəqibin cərimə meydançasında topu ələ keçirən Denis Kalinkov uzaq küncdə olan İvan Svetkova əla ötürmə verdi. Bolqar legionerə topa yalnız toxunmaq lazım idi idiki, o da bunu sinəsiylə etdi. Lakin bu məqamda laynsmanın bayrağının qalxması hesabın 2:0-a yüksəlməsinə imkan vermədi.
Yaxşı ki, Juniorla Kristianın uzaq məsafədən zərbələri məhsuldar alındı. Əgər Juniorun zərbəsi zərgər dəqiqliyi ilə qapının aşağı küncünə göndərilmişdisə, digər braziliyalıya topun Andrey Raspopovdan sıçraması qapıçı Vitaliy Postranskini çaş-baş qoydu.
Artıq ikinci hissənin ilk dəqiqələrindən, xüsusilə komandamız ikinci qolu vurduqdan sonra arxa xəttdə ehtiyatı itirməyə başlayan zaqatalalıları əks-hücumlar zamanı cəzalandırmaq imkanları yaransa da, futbolçularımızın çevikliyi buna imkan vermirdi. İkinci yarıda komandamız hücumda yalnız Kristianın rikoşet qoluyla və Kalinkovun rəqib müdafiəçinin kobud səhvindən yararlanaraq topu ələ keçirib qapıçıyla üz-üzə qaldığı, lakin 100%-li qol imkanını qaçırdığı epizodlarla yadda qaldı. Üstəlik, sona təxminən 10 dəqiqə qalmış Əfqan Həmzəyevin qapımıza penalti təyin etməsi “Simurq”u elə ümidləndirdi ki, Ruslan Qunçakın qolundan sonra qapımız qarşısında ardıcıl təhlükəli vəziyyətlər yaranırdı. Son dəqiqələrdə isə hətta meydan sahibləri laynsman Roman Vasilyevin üstündə qaçaraq “top xətti keçmişdi” tələbini irəli sürsələrdə, hakimlər fikrində qətiyyətli oldular.
Beləliklə, “Xəzər Lənkəran” mühüm qələbəyə imza ataraq “Simurq” üçün əlçatmaz oldu. Bu isə o deməkdir ki, komandamız qarşıdakı son üçü turu xalsız bitirsə belə, “altılıq”da mübarizə aparacaq. Lakin son oyunların əhəmiyyətsiz olduğunu düşünmək də yanlışdı. “Qarabağ” və “Neftçi”yə qarşı matçlar bütün prinsipiallıq bir yana, “qızıl xallar” uğrunda oyunlara çevriləcək. çünki komandamız kimi “Qarabağ”da “altılıq” problemini həll edib, “Neftçi” isə bu şansından məhrum olmayıb.
Qeyd edək ki, komandamız növbəti oyununu şənbə günü – fevralın 13-də Lənkəranda “Qarabağ”a qarşı keçirəcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.