Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – XXII tur. “Karvan”la oyunda “Xəzər-şou”

Unibank Premyer Liqasının təsnifat mərhələsinin son oyununda “Xəzər Lənkəran” yarıikinci heyətlə “Karvan”ı darmadağın etdi – 3:0. Son dörd oyunda cəmi iki qola sevinən futbolçularımız turnir əhəmiyyəti daşımayan görüşdə qol orucunu pozdular və təsnifat mərhələsini ikinci pillədə başa vurdular.
Hər şey “ağ-yaşıl” formada 143-cü oyununa çıxan Alim Qurbanovun qoluyla başladı. Yarımmüdafiəçi “Karvan”lı futbolçuların təhlükəni sovuşdurmaq cəhdindən sonra topu cərimə meydanının həndəvərində əla keçirərək Rauf Mehdiyevin qoruduğu çərçivəyə müdhiş zərbə endirməsindən sonra başladı. Hələ oyunun 12-ci dəqiqəsi gedirdi və sözsüz ki, bu qol Lənkərana xal dalınca gəlmiş yevlaxlıların kefinə soğan doğradı və matçın bütün axarını dəyişdi.
Rəqibin daha açıq futbol oynamaq məcburiyyətində qalmasından istifadə edən futbolçularımız ardıcıl təhlükələr yaratsalar da, qolların davamı ikinci yarıda gəldi. “Qarabağ” və “Neftçi” matçlarında “ağ-yaşıl” formada debüt edən və meydanda can qoyan, “ikinci mərtəbə”də ağalıq edən Emeka Opara “siftə” etdi – ikinci yarının 20-ci dəqiqəsində nigeriyalı forvard cinahdan yerlə ötürməni qəbul edərək mükəmməl qola imza atmaqla tribunalara toplaşmış “Xəzər Lənkəran”sevərləri ayağa qaldırdı. Cəmi 5-6 dəqiqə sonra isə səhnəyə Mario Souza çıxdı və cari çempionatda 7-ci qoluna imza ataraq komandamızın ən yaxşı bombardiri statusunu qazandı. Qış fasiləsindən sonra əsas heyətdəki yerini Kristian Kabrala uduzan 32 yaşlı SuperMario daha bir qol vurmağa yaxın olsa da, özü qazandığı penaltini vuruşundan sonra topu tora qovuşdura bilmədi.
Beləliklə, təsnifat mərhələsi sona çatdı. “Ağ-yaşıllar” birinciliyi “İnter”ə uduzsalar da, bir neçə komponentə görə mövsümün favoriti olduğunu göstərdilər. Komandamız “Qarabağ”la yanaşı mövsümün ən az məğlub olan iki komandasından biridi – 2 məğlubiyyət. “Xəzər Lənkəran” buraxılan qollara görə hamıdan geridədi – cəmi 11 qol. Komandamız “İnter”lə birgə ən yaxşı top fərqinə malikdi – “+18”. Müqayisə üçün bu göstəricinin “Qarabağ”da “+9”, “Neftçi”də “+6”, “Bakı”da “+5”, “Qəbələ”də isə cəmi “+3” olduğunu qeyd edək. Bu göstəricilər bizə ümid verir... Martın 12-14-də “altılıq” mərhələsinin oyunları başlayacaq. “Xəzər Lənkəran” ilk oyunda öz yerində “Qəbələ”ni qəbul edəcək.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.