Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL-XXI tur. “Neftçi” – “Xəzər Lənkəran” 0:0

Dünən Unibank Premyer Liqasının XXI turunda “Xəzər Lənkəran” səfərdə “Neftçi”ylə qolsuz heç-heçə oynayaraq faktiki olaraq ölkə çempionatının təsnifat mərhələsini başa vurdu. Komandamızı qarşıda “Karvan”la oyun gözləsə də, bu oyunun heç bir ciddi turnir əhəmiyyəti qalmayıb və nəticə yalnız final mərhələsinin təqviminə təsir edə bilər.
Səbirsizliklə gözlənilən “Böyük oyun” ümidləri doğrultmadı. Dünənki qarşılaşma “Xəzər Lənkəran” – “Neftçi” oyunları tarixinə bəlkə də ən maraqsızı kimi düşəcək. Komandalar 90 dəqiqə ərzində əsasən mərkəzdə mübarizə apardılar və bir qayda olaraq meydanın yararsızlığı üzündən səviyyələrini ortaya qoya bilmədilər. Oyunboyu yalnız bir dəfə 100% qol imkanı yarandı ki, bu epizodda da Kristian Kabral təxminən 6-7 metrdən bakılıların qapısını dəqiq nişan ala bilmədi. Yarışpaqat vəziyyətində bu qeyri-dəqiq zərbəni korrektə etmək istəyən Emeka Opara da çərçivəyə düşə bilmədi.
Əslindıə. Oyundan öncəki gumanlar doğruldu. Komandalar etibarlı müdafiəylə fərqlənsələr də, hücumda ciddi problemlər yaşayırdı. “Xəzər Lənkəran” əvvəlki 20 oyunda 26 qol vurmuşdusa, “Neftçi”nin məhsuldarlığı daha aşağı idi – 20 top. Yəqin bunun səbəblərini komandaların formalaşmamış oyununda, hücumameylli futbolçuların (İvan Svetkov, Nizami Hacıyev, Marian Aliutse) bir çox epizodlarda topla həddən artıq çox işləməsi, bundan doğan pas azlığında, müdafiədən hücuma ləng keçiddə və s. axtarmaq lazımdı. Qısası, bu oyun fevralın 21-dən sonra yaranacaq 15-16 günlük fasilə dövründən öncə komandaların qüsurlarını ortaya qoydu. İndi onları aradan qaldırmaq üçün vaxt olacaq. “Altılıq”da yaranmış turnir vəziyyəti – komandalar arasında bötyük xal fərqi yoxdu -göstərir ki, uğur bu qüsurları daha optimal şəkildə aradan qaldıran komandanın tərəfində olacaq.
Aydındı ki, Ağasəlim Mircavadovu 4 oyunda 2 qolun vurulması və yalnız bir qələbənin qazanılması razı sala bilməz. Komandamızın məşqçilər korpusunun fikrincə, hücumdakı problemlərin aradan qalxması üçün Oparayla kristianın komandaya tam adaptasiya olunması, oyun dəst-xəttini anlaması vacibdi.
Beləliklə, “Xəzər Lənkəran” “altılıq”da rəqibi olacaq bütün komandalarla qarşılaşdığından, təsnifat mərhələsini faktiki olaraq bitmiş saymaq olar. Nəzərə alsaq ki, “altılığ”a son vəsiqəyə “Qəbələ”nin sahib çıxacağı şübhə doğurmur (bundan ötrü qəbələlilər öz meydanında “Standard”la heç-heçə oynasalar kifayətdi), onda “Xəzər Lənkəran” Premyer-Liqanın final mərhələsinə 15 xalla başlayacaq.
Komandamız növbəti oyununu birisigün – fevralın 21-də Lənkəranda “Karvan”a qarşı keçirəcək.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.