Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL - XX tur. “Qarabağ”la ilk heç-heçə

Unibank Premyer Liqasının XX turunda “Xəzər Lənkəran”la “Qarabağ” tarixi nəticəyə imza atdılar. Bunadək ölkə çempionatları ərzində 11 dəfə qarşılaşan rəqiblər xüsusi prinsipiallıq göstərərək meydanı qolsuz və ən əsası heç-heçə oynayaraq tərk etmirdilər. Nəhayət, son şənbə günü qarlı Lənkəranda rəqiblərdən heç biri sevinmədi. Lakin bu heç də oyunun daha az prinsipial xarakterli olması anlamına gəlməməlidi.
Denis Kalinkovun yüngül zədəsinin olması Ağasəlim Mircavadova Emeka Oparanı meydana ilk dəqiqələrdən buraxmağa təkan vermişdi. Hadisələri qabaqlayaraq qeyd edək ki, opara ilk ümidləri doğrultdu. Ağdamlı futbolçular nigeriyalı formardımıza demək olar ki, bir dəfə olsun belə üzü rəqib qapısına topu qəbul etməyə imkan vermədilər. “Qarabağ”ın lideri Rəşad Sadıqov Emekanı qarabaqara izləyir, ona ayaq açmağa imkan vermirdi. Belə də, Oparaya yalnız rəqib müdafiəçiləri üzərinə çəkərək yoldaşları üçün boş zona yaratmaq və mübarizə aparmaq qalırdı. Nigeriyalı xüsusilə ikinci yarıda çox fəal görünürdü və “ikinci mərtəbə”də “Qarabağ” üçün əsl başağriya çevrilmişdi.
Meydanın yararsız olmasına baxmayaraq komandalar kifayət qədər sürətli oyun nümayiş etdirərək azarkeşləri xoş mənada təəccübləndirə bildilər. “Xəzər Lənkəran” rəqibinə nisbətən daha istəkli və daha hazırlıqlı görünür, hücumda daha iti oynamağa çalışırdı. Düzdü, bu oyun bir daha üzə çıxardı ki, yarımmüdafiə xətti hücum zonasını topla yetərincə təmin edə bilmir, yenə də son ötürmə çatışmırdı. Uzaqdan zərbələri nəzərə almasaq futbolçularımız yalnız bir real qol vəziyyəti yarada bildilər ki, bu epizodda yenicə meydana daxil olmuş Allan Lalin fürsəti qaçırdı. Halbuki o daha rassional oynayaraq komandamıza çox önəmli xallar qazandıra bilərdi.
Beləliklə, bütün səylər nəticəsiz qaldı və oyun qolsuz heç-heçəylə başa çatdı. Xallar “qızıl” əhəmiyyətini nəzərə alsaq “ağ-yaşıllar” çox vacib xallardan oldulıar. Amma o da nəzərə alınmalıdı ki, “Qarabağ”la son oyunlarımızın balansı olduqca biabırçı idi – ağdamlılar son dörd matçda komandamıza bir xal belə verməmişdilər. “Altılıq” oyunlarından öncə bu sindromun aradan qalxması çox yaxşı oldu. Hər halda oyunun gedişi göstərdi ki, hazırda ölkə kubokunun sahibi “Xəzər Lənkəran”la açıq futbol oynamaq iqtidarında deyil və qarşıdakı dörd randevuda da (“Qarabağ”la ölkə kubokunun 1/4 finalında da qarşılaşacağıq) əks-hücum taktikasına üstünlük verəcək.
Oyunun ən çox təəssüf doğuran məqamı isə komandamızın hücum xəttinin lideri Denis Kalinkovun zədələnməsi oldu. Baldır əzələsində yüngül ağrılar olduğundan oyuna ehtiyat oyunçular skamyasında başlayan moldovalını ikinci hissənin əvvəllərində Ağasəlim Mircavadov azarkeşlərin “Ka-lin-kov, Ka-lin-kov” tələbləri ilə meydana atdı. Uzaq məsafədən qapıdan azca aralı keçən zərbə vurmaqla özünü dərhal səhnəyə çıxaran Kalinkov 20 dəqiqə sonra ağlasığmaz şəkildə zədələndi. Referi Anar Salmanovla toqquşan Denis ayağında ağrılar hiss etdiyindən matçı davamk etdirə bilmədi. Gənc futbolçumuzun sıraya nə vaxt dönə biləcəyinə bugün aydınlıq gələcək.
“Xəzər Lənkəran” növbəti oyununu çərşənbə günü – fevralın 17-də Bakıda “Neftçi”yə qarşı keçirəcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.