Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Kamran, Mario və Kalinkov - ən yaxşılar

Saytımızın oxucularının fikrincə Kamran Ağayev, Mario Souza və Denis Kalinkov 2009-10-cu illər mövsümünün ilk yarısında “Xəzər Lənkəran”ın ən yaxşı oyunçularıdı.
 
Ümumilikdə 558 nəfərin qatıldığı sorğunun yekunları təəccüb doğurmamalıdı. Azərbaycanın ən yaxşı futbolçularından olan milli qapıçı və “Xəzər Lənkəran”ın kapitanı - azarkeşlərin sevimlisi Kamran Ağayev respondentlərin təxminən 1/3-nin (32% - 178 nəfər) səsini qazanıb. PFL tərəfindən noyabr ayının ən yaxşı futbolçusu sayılmış braziliyalı legionerimiz mario Souzanın xeyrinə 150 nəfər (27%) səs verib. SuperMario payızın son ayında doğrudan da fantastik performans sərgiləyərək onun qocaldığını düşünənlərə tələsməməyə çağırmışdı. Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi olan Mario ilk 18 turdan sonra Allan Lalinlə (4%- 22 nəfər) birgə komandamızın ən yaxşı bombardiri (6 qol) olmuşdu. Üçuncu pillə isə son illər komandamızın ən uğurlu tapıntısı olan Denis kalinkova qismət olub – moldovalı səslərin 15%-ni (84 nəfər) toplaya bilib. Premyer Liqanın startında qollarıyla komandamıza önəmli xallar qazandıran Kalinkov şübhəsiz ki, ölkəmizdə çıxış edən ən güclü cinah hücumçularındandı. Yalnız ona təəssüflənmək qalır ki, Denis çempionatımızın keçirildiyi bərbad meydançalarda potensialını tam şəkildə ortaya qoya bilmir.
 
Sorğunun digər nominantları isə ümumilikdə 26% səs toplayıblar ki, burada da əsas pay İvan Svetkov (8% - 45 nəfər), Devran Ayhan, Allan Lalin (hər ikisi 4% - 22 nəfər) və Rahid Əmirquliyevin (3% - 17 nəfər) payına düşür.
 
Hazırda isə saytımızın sorğu bölməsində Sizləri növbəti sualımız gözləyir:
 
Fikrinizcə “Xəzər Lənkəran” hazırkı heyətlə hansı uğura imza atmağa qadirdir?
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.