Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Emeka Opara “Xəzər Lənkəran”ın son qış transferi oldu

Bugün – qış transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış “Xəzər Lənkəran” nigeriyalı futbolçu Emeka Oparayla münasibətləri rəsmiləşdirib.
 
26 yaşı tamam olmamış mərkəz hücumçusu qış transfer pəncərəsi dövründə komandamızın heyətinə qatdığı dördüncü əcnəbi oyunçu olub. Bunadək komandamız albaniyalı Elvin beqiri, estoniyalı Tihhon Şışov və braziliyalı Kristian Kabralla müqavilə imzalamışdı. Hündürboylu Emeka artıq bir neçə gün idi ki, komandamızın düşərgəsində yer almışdı. Məşqçilər korpusu futbolçunu yoxlama oyunlarında sınaya bilməsə də, nigeriyalının məşqlərdə göstərdiyi performans ona müqavilə təklif olunmasıyla nəticələnib.
 
Qeyd edək ki, Opara əvvəllər Almaniyanın ünlü “Kayzerslautern” klubunun şərəfini qoruyub. Son iki mövsümü Tunisdə keçirən forvard bundan sonra “Xəzər Lənkəran”ın “ağ-yaşıl” formasını geyinəcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.