Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran” heyətinə iki milli futbolçunu qatdı

Bugün səhər “Xəzər Lənkəran” ilk qış transferlərini gerçəkləşdirib – Estoniya milli komandasının üzvü Tihhon Şışovla Albaniya milli komandasının apracı futbolçusu Elvin Beqiri Antalyadan Bakıya gələrək müqaviləyə imza atıblar.
 
Kostadin Cambazov, Fatih Sonkaya və Denis Silvanın müxtəlif səbəblər üzündən komandamızdan ayrılmasından sonra zəifləyən müdafiə xəttini güclündirməyə çalışan Ağasəlim Mircavadov komandamızın Antalya toplanışına üç müdafiəçi dəvət edərək onları “Vityaz”la oyunda sınamışdı. Həmin oyundan sonra təcrübəli mütəxəssis Elvinlə Tihhonun tələblərinə uyğun olduğunu bildirmiş və onların komandamızı gücləndirə biləcək səviyyədə olduğunu gizlətməmişdi. Klub rəhbərliyi məşqçinin tövsiyyəsinə əsasən vaxt itirmədən hər iki futbolçunu ölkəyə dəvət edərək müqavilə bağlamağa müvəffəq olmuşdu. Yeri gəlmişkən, məhz bu səbəbdən futbolçular dünən komandamızın “Sibir”ə qarşı keçirdiyi oyunda iştirak edə bilməyiblər.
 
Beləliklə, bu transferlərdən sonra komandamızın heyətində yer alan milli üzvlərinin sayı altıya çatıb – Kamran Ağayev, Rahid Əmirquliyev, Denis Kalinkov, Allan Lalin, Tihhon Şışov və Elvin Beqiri.
 
Onu da qeyd edək ki, bir neçə gün öncə saytımıza açıqlama verən Ağasəlim bəy “Xəzər Lənkəran”ın daha iki futbolçuya ehtiyacı olduğunu düşündüyündən qarşıdakı günlərdə komandamızın bir yarımmüdafiəçi və bir hücumçuyla güclənəcəyini istisna etməyib.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.