Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran” Belekdə hazırlığa başladı

Dünəndən etibarən “Xəzər Lənkəran” Türkiyənin Belek şəhərində bir araya gələrək təlim-məşq toplanışına başlayıb. Ayın 28-dək davam edəcək hazırlıq prosesinin gedişində komandamız qüvvəsini dörd yoxlama oyununda sınayacaq.
 
Komandamız qonşu ölkədə hazırlığa aşağıdakı heyətdə başlayıb: Kamran Ağayev, Dima Kramarenko, Zabit Səfərov, Ruslan Poladov, İvan Pexa, Tomas İneman, Radomir Todorov, Dieqo Qusmao, Devran Ayhan, Rahid Əmirquliyev, Junior Osvaldo, Alim Qurbanov, Nizami Hacıyev, Ramazan Abbasov, Denis Kalinkov, Mario Souza, İvan Svetkov, Allan Lalin. Qarşıdakı günlərdə “Xəzər Lənkəran”ın məskunlaşdığı beş ulduzlu Cornelia De Lux Resort hotelinə müxtəlif vaxtlarda ona yaxın futbolçu qoşulacaq ki, məşqçilərimiz sınadıqdan sonra onlardan bir neçəsini heyətə cəlb edəcək.
Artıq dünən axşam saatlarında komandamız ilk məşqə çıxıb. Havanın yağışlı olması və yol yorğunluğunu nəzərə alan məşqçilərimiz futbolçuları çox yormayıblar. Lakin bugündən başlayaraq komandamız gündə iki dəfə məşqə çıxacaq. Bazar günü – yanvarın 17-də “Xəzər Lənkəran” ilk sınaq oyunu keçirəcək. Böyük ehtimalla komandamızın ilk sparrinq-rəqibi Belarus təmsilçisi “Vitebsk” olacaq.
Qeyd edək ki, komandamızla yanaşı Rusiya Premyer-liqasının təmsilçisi “Rostov” və Almaniyanın 3-cü liqasından “Unterhahinq” də Cornelia De Lux Resort-da məskunlaşıblar.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.